Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan şəhər 1 saylı tam orta məktəbində “Radikalizm və onun fəsadları” adlı dini maarifləndirici tədbir keçirilib.

25 oktyabr 2016 | 16:00

Oktyabrın 25-də Qobustan şəhər 1 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qobustan şəhəri “Heydər” məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “Radikalizm və onun fəsadları” adlı dini maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, dini icmanın sədri Çingiz Babaşov, şəhər 1 saylı tam orta məktəbin direktoru İmran Sabirov, müəllimlər və şagirdlər iştirak ediblər. Çıxışlar zamanı dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilərək radikalizmin qarşısının alınmasında təhsilin önəmi xüsusi qeyd edilib. Milli-mənəvi dəyərlərimizin qorunmasında yeniyetmə və gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində fikir mübadiləsi aparılıb.
           Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Keçidlər