Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “İslam sülh dinidir” mövzusunda maarifləndirici tədbir

30 noyabr 2016 | 16:00

Noyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Qobustan RİH-nin təşkilatçılığı ilə  Qobustan şəhəri “Heydər” məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “İslam sülh dinidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, dini icmanın sədri Çingiz Babaşov  şəhər sakinləri və gəncləri iştirak ediblər.
    Çıxışlar zamanı milli-mənəvi dəyərlər, İslamın sülh, qardaşlıq və sevgi dini olması haqqnda geniş məlumat verilib. Bildirilib ki, ölkəmizdə müxtəlif xalqların, eləcə də müxtəlif dinlərin nümayəndələri tarixən qardaşlıq və sülh şəraitində yaşayıblar.
   
    Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Keçidlər