Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda Gənclər və İdman idarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi.

12 dekabr 2016 | 16:00

Dekabrın 12-də Qobustan rayonunda  ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib. Minlərlə insan Heydər Əlıiyev Parkında Ulu Öndərimizin əzəmətlə ucalan abidəsini ziyarət edib.Ümummilli lider Heydər Əliyevin anım günündə Qobustan rayon Gənclər və İdman idarəsinin təşəbbüsü ilə ehsan süfrəsi təşkil olunmuşdur. Mərasimdə çıxış edən rayon Gənclər və İdman idarəsini rəisi Qadir Əkbərov ulu öndərin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söz açaraq, onun xüsusilə gənclərə olan diqqət və qayğısını qeyd etmişdir.
   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin hər iki dövrü xalqa xidmət nümunəsidir. O, Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatıb. Ümummilli Lider Azərbaycanı istər Sovet imperiyasının məngənəsindən, istərsə də müstəqilliyin ilk illərindəki xaos və anarxiyadan çıxararaq yeni inkişaf mərhələsinə yüksəldib. Məhz bu səbəbdən Ulu Öndər Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran bir rəhbər kimi hələ sağlığında xalqımızın qəlbində əbədi yaşamaq hüququ qazanıb. Həyatını xalqına və ölkəsinə həsr etdiyini bəyan edən dahi rəhbər deyirdi: "Mən ya müstəqil Azərbaycan dövlətini quracağam, ya da bu yolda şəhid olacağam". Müasir gənclik dövlət qayğısından və etimadından bəhrələnərək ictimai-siyasi, iqtisadi və digər sahələrdə müstəsna rol oynayır. Ümummilli lider Heydər Əliyevin yetişdirdiyi Azərbaycan gəncliyi  ölkədə aparılan siyasi, sosial-iqtisadi islahatlarda, təhsil quruculuğu sahəsində aparıcı qüvvə kimi öndə gedir, dünya miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər. Gənclərimiz bundan sonra da dövlət siyasətini yekdilliklə dəstəkləyərək, əməkdə, təhsildə, idmanda, mədəniyyətin bütün sahələrində böyük nailiyyətlər qazanmağa, ictimai-siyasi proseslərdə fəal vətəndaşlıq mövqeyi tutmağa davam edəcək. 
    Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı durduqca onunla yaşayacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz - Ulu Öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq".
    Qobustan şəhərində yerləşən Heydər məscidinin imamı Hacı Çingiz çıxış edərək, ulu öndər Heydər  Əliyevin ruhuna dualar oxumuşdur.

Keçidlər