Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda “20 Yanvar” faciəsinin 27-cı ildönümü ilə əlaqədar rayon tədbiri keçirildi.

20 yanvar 2017 | 16:00

Qobustan rayonunda “20 Yanvar” faciəsinin 27-cı ildönümü ilə əlaqədar olaraq “20 Yanvar Milli Qürur günümüzdur” adlı rayon tədbiri keçirildi. Tədbirdə RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, aparatın işçiləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ümumtəhsil müəssisələrinin, uşaq bağçalarının  kollektivləri rayon ağsaqqalları və rayon ictimaiyyəti iştirak etdilər.
      Yanvarın 20-də anim mərasimi keçirildi. Qobustan rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov cənabları şəhidlərin abidəsi önünə qərənfil dəstələri qoydu.
     Tədbir rayon İcra hakimiyyətinin akt zalında davam etdirildi. Rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov cənabları geniş məruzə ilə çıxış etdi.  Adil Məmmədov qeyd etdi ki,   1990-cı ilin 20 Yanvar günü Azərbaycan tarixində təkcə faciə kimi deyil, eyni zamanda xalqımızın istiqlal yolunun, müstəqillik arzularının zirvəsi,milli məfkurəmizdə azadlıq istəyinin oyanış günü kimi daima yaşayacaqdır. 20 Yanvar həm də uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz ərazi bütövlüyü, surevenliyi uğrunda qəhrəmanlıq,mərdlik nümayiş etdirdiyi  şərəfli bir gündür. Bu,həm də dostun düşməndən seçildiyi, imtahana çəkildiyi bir gün idi. 
      Həmin günün mənzərəsi faciəvi olduğu qədər də möhtəşəmdir. Azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın. Milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi. Baş verən hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən sovet hərb maşınının repressiyasına rəğmən sönmədiyini, əksinə yeni güc qazandığını bir daha nümayiş etdirdi. Bununla Azərbaycan xalqı zülmə, ədalətsizliyə və zorakılığa boyun əyməyəcəyini, milli iradəsinin sarsılmazlığını təkcə imperiya rəhbərliyinə deyil, bütün dünyaya göstərdi və özünün milli azadlığı uğrunda mübarizəsinin dönməz olduğuna şübhə yeri qoymadı. Qəhrəmanlıqla dolu keçmişi, dövlətçiliklik ənənəsi olan böyük bir coğrafiyada dövlətlər yaratmış, zaman-zaman yadellilərə qarşı səfərbər olub birgə mübarizə aparmış, dünya mədəniyyəti xəzinəsinə də dəst-xətti ilə dəyərli töhfələr vermiş bir millət uzun müddət əsarət altında yaşaya bilərdimi? Öz keçmişindən sanki qan damarları ilə axıb gələn vətən sevgisi, milli özünüdərk, zülmə, ədalətsizliyə boyun əyməmək kimi hisslərə malik olan bir xalq öz çiyinlərində bu əsarətin ağırlığını,ağrı-acısını çoxmu çəkəcəkdi? İyirminci əsrin əvvəllərində öz tarixi dövlətçilik ənənələrinə dayanaraq Şərqdə ilk demokratik dövlət quran bir xalq qısa zaman kəsiyindən sonra yenidən imperiya caynağına düşməsini uzun müddət necə qəbul edə bilərdi? 20 Yanvar faciəsi sözün əsl mənasında, xalqımızın milli özünüdərkində yeni bir mərhələnin başlanğıcı oldu. Xalq öz qərarını verdi. Yolumuz –Azadlıqdır!
     Saat 12-00 da 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə şəhər 1 saylı, 2 saylı, şəhər 3 saylı tam orta məktəblərinin və şəhər Uşaq İncəsənət məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “20 yanvar Milli Qürur günümüzdür” adlı  ədəbi-bədii kompozisiya keçirildi. Film və videoçarx nümayiş etdirildi.

Keçidlər