Şriftin ölçüsü :

Saytın rəngi :

“İslam Həmrəyliyi gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib.

07 fevral 2017 | 16:00

Fevralın 7-də Qobustan rayonu İcra hakimiyyətinin təşkilatçılığı ilə Qobustan şəhər A.Qayıblı  adına 3 saylı tam orta məktəbdə “İslam Həmrəyliyi gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib.
   Tədbirdə Qobustan Rayonu İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı A.Şikarov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Q.Əkbərov,  Heydər məscidi dini icmasının sədri Ç.Babaşov, məktəb direktoru, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
   Tədbiri giriş sözü ilə açan  İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı A.Şikarov möhtərəm Prezidentimizin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi ilə bağlı Sərəncamı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.
   Rayon Gənclər və İdman İdarəsinin rəisi Q.Əkbərov, Heydər məscidi dini icmasının sədri Ç.Babaşov və müəllimlər çıxışlarında İslam həmrəyliyinin tarixindən, bugünkü əhəmiyyətindən və Sərəncamdan irəli gələn vəzifələrdən danışdılar.
   Tədbirin sonunda şagirdlərin sualları cavablandırıldı və tədbir Azərbaycan Respublikasının Himninin səsləndirilməsi ilə başa çatdı.

Keçidlər