Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə bağlı tədbir keçirildi

13 fevral 2017 | 16:00

13 fevral 2017-ci il tarixdə Qobustan rayonunda Səfərbərlik və Hərbi  Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  yaranmasının 5 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə RİH başçısı Adil Məmmədov, aparatın işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə-müəssisə, təşkilat rəhbərləri iştirak edirdilər.
     Tədbiri  RİH başçısı Adil Məmmədov açaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibəti ilə Qobustan rayon bölməsinin rəisi polkovnik-leytenant Mərdan Nəhmətovu və şəxsi heyəti kollektivini təbrik etdi. A.Məmmədov qeyd etdi ki, rayondakı 6 illik fəaliyyətim müddətində  səfərbərliklə bağlı heç bir problem yaşanmamışdır və bunu mən  çox yüksək qiymətləndirirəm. Hazırkı dövrdə heç bir nöqsan, məmur özbaşnalığının olmaması  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun xidmətlərinin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna diqqəti xüsusidir. Güclü dövlətin güclü ordusu olmalıdır. Milli Ordu güvənc yerimiz, qürur mənbəyimizdir. Bizim güclü ordumuz var. Aprel döyüşlərində Ermənistan ordusunun  törətdiyi  təxribatlara  Azərbaycan Silahlı Qüvvələrinin layiqli cavab verməsi bütün dünyaya səs saldı və bizim güclü ordumuzun olduğunu bir daha sübut etdi. Biz sübut etdik ki, yaxın  zamanlarda torpaqlarımızı geri alacağıq. Aprel döyüşlərində şəhid olanlar arasında Qobustan rayonundan olan Orxan Müstəcəbov da vardır. Qobustan rayonunda onun yüksək səviyyədə abidəsi ucaldıldı. Bədəlli məktəbində onun adına bulaq inşa edildi. Şəhidlər heç vaxt unudulmur.
     Sonra Mərdan Nəhmətov çıxış etdi, tarixi hadisələri ardıcıllıqla tədbir iştirakçılarına çatdırdı.  Prezidentin  2012-ci il 13 fevral tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması haqqında fərmanın imzalanmasından danışdı. Rayonda o cümlədən, respublikamızda  hərbi sahədə aparılan dəyişikliklər və yeniliklərdən danışdı, elektron xidmətin yaradılmasını müsbət qiymətləndirdi, elektron xidmətlər vasitəsilə vətəndaşlara xidmətlə operativ ünsiyyət qurmaq,onları maraqlandıran mövzu və suallarla bağlı informasiya əldə etmək imkanları yaradıldığını qeyd etdi. Elektron xidmətlərlə yanaşı, əməkdaşlarımızın ötən ildən Asan Xidmət mərkəzlərində fəaliyyət göstərməsi də müsbət  dəyişikliklərdən oldu.
   Sonda söz 3 saylı tam orta məktəbin müəllimi, şəhid qardaşı Mirəli Səlimliyə, Cəmcəmli kənd orta məktəbin hərbi müəllimi, Qarabağ müharibəsi veteranı  Altay Əmirova və  Çuxanlı kənd tam  orta məktəbin hərbi müəllimi Toğrul Şabanova verildi və onlara hədiyyələr təqdim olundu.

 

Keçidlər