Şriftin ölçüsü :

Saytın rəngi :

Təklə kənd sakinləri ilə görüş

23 fevral 2017 | 16:00

23.02.2017-ci il tarixdə - Qobustan rayon İcra hakimiyyətinin    başçısı  cənab   Adil   Məmmədovun Təklə   kənd  sakinləri ilə  görüşü   keçirildi. Səyyar qəbulda RİH aparatının müavinləri, şöbə müdirləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri,ictimaiyyət nümayəndələri  iştirak etdilər.
      Təklə  kənd inzibati ərazi dairəsi nümayəndəsinin müavini  Rahid Ələkbərov    çıxış edərək, tədbir  iştirakçılarını salamladıqdan   sonra  Təklə   kəndi  haqqında məlumat   verdi.  Qeyd   etdi   ki , Təklə    kəndində  statistik  məlumata   görə  Kəndin ümumi sahəsi 3186 ha-dır. 800 ha əkinə yararlı sahəsi var. Bunun da 786 ha-da əkin aparılmışdır. 170 arı ailəsi var. 7 ha üzüm bağı, 1 ha qoz bağı və 1 ha fındığ bağı salınmışdır. 1900 nəfər   əhali   yaşayır. Kəndin 424 təsərrüfatı var. Kənddə 1392 baş iri buynuzlu, 6634 baş xırdabuynuzlu, 2100 ev quşları saxlanılır. 99 süni mayalanma olmuşdur. Gələcəkdə bunu artıraraq yüksək göstəricilərə nail olmağa çalışacayıq.
     Təklə  kənd inzibati ərazi dairəsi nümayəndəsinin mühasibi Mirağa Cəbrayılov gördüyü işlər haqqında danışdı. Sonra qeyd etdi ki, ailə təsərrüfatımız var: 14 baş mal, 6-7 düyə və 10-12 baş dana saxlayıram.
     Təklə kənd   bələdiyyəsinin    sədri    Teyfur Əmrahov     çıxış     edərək ziyanvericilərə    qarşı   aparılan  mübarizədən    danışdı. O , qeyd    etdi    ki,  dövlətimiz    tərəfindən    təmənnasız    verilən    dərmanlar    sakinlərə  vaxtında çatdırıldığı     üçün    hal-hazırda     əkin    sahələrində    həmin    ziyanvericilər    yox     dərəcəsindədir. Ziyanvericilərlə mübarizəni davam etdirəcəklərini bildirdi. Bələdiyyənin 2617 ha örüş sahəsi var.
     Təklə kənd musiqi məktəbinin direktoru Gülağa Cəbrayılov Təklə kənd  musiqi məktəbinin pedaqoji kollektivi və kənd əhalisi adından Qobustan RİH-nin başçısı Adil Məmmədova kənddə əhali ilə  görüşə görə minnətdarlığını bildirdi. O,qeyd etdi ki, məktəbdə 24 müəllim fəaliyyət göstərir.Bunlardan 16 nəfəri yerli müəllimlərdir. Bir çox yetirmələrimiz olmuşdur.Bunlardan Elnarə Abdullayevanı, Zaur Cəfərovu və başqalarını misal göstərmək olar. Çalışacağıq ki, istedadlı şagirdlərimizin sayı daha da artsın.
      Təklə     kənd     tam    orta     məktəbinin    direktoru  Tahir Səbzəliyev çəxəş edərək bildirdi ki ,  Ulu    Öndərimizin    bizə    bəxş    etdiyi    Müstəqil Azərbaycanı     göz    bəbəyi    kimi    qoruyub    saxlamaq , inkişaf    etdirmək bütün     azərbaycanlılar    kimi    təhsil    sahəsində   çalışan    pedaqoji    işçilərin də    əsas    vəzifələrindən      biridir.   Bu     gün     Təklə     kəndi    mən   deyərdim ki,  müasir   kəndlərdən   biridir.  Bütün    bu   uğurlara   görə    ölkə rəhbərimiz    İlham    Əliyev    cənablarına, Qobustan    rayon     İcra hakimiyyətinin    başçısı cənab   A.Məmmədova    bütün    kənd   əhalisi    və ziyalılar    adından     minnətdarlığımızı     bildirir    və     söz     veririk  ki, Müstəqil Respublikamızın   günü-gündən   çiçəklənməsi  üçün var qüvvəmizlə çalışacağıq.
        Təklə KSX-nın baş həkimi Pakizə Şikarova A.Məmmədovu və tədbir iştirakçılarını ilk öncə salamladı. O.qeyd etdi ki, xəstəxanamızda 27 işçi çalışır. Bunlardan 13-ü tibb işçisi, 14-ü isə texniki işçidir. Xəstəxanamız 1990-cı ildə tikilmişdir. Keçən il xəstəxanamız kombi sistemi, yeni qapı, pencərələrlə təmin edilmişdir. Buna görə də mən Qobustan rayon rəhbərliyinə bizə göstərdiyiniz diqqət və qayğıya görə təşəkkürümü bildirirəm.
      Kəndin baytar həkimi Sərvər Baxışov süni mayalanma haqqında məlumat verdi. Kənddə bu işlərin hələ zəif olduğunu qeyd etdi. Yaxın zamanlarda rəqəmlərin artacağına söz verdi.
       Qobustan   rayon   Polis    Şöbəsini   rəisi   polis    polkovnik-leytenentı  Etibar Babayev    çıxışında    əsrin    bəlası  olan  Narkomaniya   və    Dini    radikalizm haqqında    tədbir     iştirakçılarına    qarşıda   duran     vəzifələrdən    danışdı.
        Təklə kənd Dini İcmasının sədri Gülağa Məlikov kənddə dini radikalizmlə bağlı təbliğat aparılmasından və bu işdə Qobustan rayon icra hakimiyyətinin dəstəyindən istifadə etməsindən məlumat verdi.
        Kənd ağsaqqallarından Şıxbala və Gülbala Bayramovlar başda A.Məmmədov olmaqla tədbir iştirakçılarını salamladılar, xoş gəlmisiniz dedilər. Vacib deyil ki, bütün məktəbi qurtaran məzunlar ali təhsil alsınlar. yaxşı peşə sahiblərinə də dövlətimizin ehtiyacı var.Ona görə də peşə məktəblərinin tikilməsinə ehtiyacımız var.
     Kənd     sakinlərindən Məzahir Nəsirov Təklə kənd xəstəxanasında təsərrüfat müdiri işləməklə yanaşı təsərrüfatla da evdə məşğul olduğunu, süd və yumurta istehsal etdiyini, Eldar Məlikov isə  torpağı dövlət bizə verib və biz də bundan düzgün istifadə etməliyik dedi.
      Tədbirin    sonunda     Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab  Adıl Məmmədov ətraflı çıxış etdi. Qaldırılan məsələlərə münasibət bildirən başçı yerindəcə aidiyyəti idarə, müəssisə rəhbərlərinə tapşırıqlar verdi Dünyanı ölkənin rəhbəri.ağıllı insanlar idarə edə bilər.Cinayətkat isə bunu edə bilməz,çünki cinayətkarın nə ailəsi,nə evi,nə də işi var.Mən hər bir müşavirədə ölkə rəhbərinin çağırışından özümə böyük bir güc götürürəm.məsuliyyət hiss edirəm.Biz dünyada olan müsəlman dövlətlərindən,başına gələnlərdən nəticə çıxarmalıyıq.Hər bir kəs öz işi ilə məşğul olmalıdır.Həkim həkimliyi ilə,müəllim müəllimliyi ilə və s. .Bu kəndə asfalt yol çəkilmiş, yeni məktəb binası tikilmişdir.Bunları qoruyub saxlamaq isə sizlərin borcudur. .
    Ölkə Prezidentinin ciddi tapşırıqlarından biri də odur ki ,hər bir kənd özünü təmin etməlidir, maliyyələşməlidir. büdcədən yaxasını çəkməlidir. Büdcədə işləyən hər bir kəsin təsərrüfatı olmalıdır. Heç bir kəndin kəndin ixtiyarı yoxdur ki, Ölkə Prezidentinin çağırışına səs verməsin.Gəlin uşaqlarımızı zərərli vərdişlərdən uzaqlaşdıraq, düz yol göstərək.Artıq İnsanların əksəriyyəti zamanın tələblərinə uyğunlaşır.Bu çox gözəl nəticədir.
      Qanunlar günü-gündən möhkəmlənir.Biz aqrar rayon olaraq mənəvi haqqımız var ki, biz həm rayonumuzu yaxşı saxlayaq,həm insanlarımız yaxşı yaşasın və hər zaman sözümüzü deyək ki. nə axtarsan zəhmət qapısında taparsan. Ölkəmizdə ictimai-siyasi həyat, sabitlik. ölkənin sərhədlərinin qorunması insanların qorunması, bütöv bir Azərbaycan üçün biz əlimizdən gələni əsirgəməyəcəyik. Bu gün biz hərbimizi ciddi düşünməliyik. Cənab Prezidentin ordu quruculuğuna münasibəti bizə yüksək səviyyədə bunu  məktəblərdə təbliğ etməyə. Gənclərimizi qəhrəman ruhda yetişdirməkdə köməklik göstərir.Bizim güclü ordumuz var.Biz baxmalıyıq ki,25 nəfər məktəbi bitirən məktəblilərin aqibəti nə olur.qız və ya oğlan olmasının heç bir fərqi yoxdur.Kimisi təhsil almaq üçün  ali təhsil ocaqlarına gedir, qalanlariyla da marağlanmalıyıq ki, hansı peşəyə yiyələnirlər.Həddi-buluğa çatmayanların nikaha girməsi qeyri qanunudur.Ona yol verilməməlidir.
      Bu kəndə yeni İcra nümayəndəsi təyin olunmuşdur. Hesab edirəm ki, yeni təyin edilmiş Hüseynağa Hüseynov yaxşı işləyəcək. bizim bütün tələblərimizi yerinə yetirəcəkdir. Diqqətinizə görə çox sag olun.

Keçidlər