Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Orxan Müstəcəbovun doğum günü qeyd olundu.

05 mart 2017 | 16:00

Şəhid Orxan Müstəcəbov 1993-cü ildə Qobustan rayonunun Bədəlli kəndində anadan olub. Şəhid Orxan Müstəcəbov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-i isə Orxan Müstəcəbov Qobustan rayonunun Yekəxana kəndində son mənzilə yola salındı.
Şəhid Orxan Müstəcəbov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
    05.03.2017-ci il tarixdə aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Orxan Müstəcəbovun doğum günüdür. Qobustan rayon İcra aparatının rəhbəri,aparatın əməkdaşları,rayonun bütün məsul işçiləri,"Heydər" məscidi dini icması,rayon və kənd sakinləri şəhidin məzarını ziyarət edib,ailəsinə başsağlığı verildi. Daha sonra tədbir iştirakçıları Yekəxana kənd tam orta məktəbinin qarşısında yerləşən, Şəhid Orxan Müstəcəbovun adını daşıyan bulaq və xatirə  kompleksini ziyarət etdilər.

 

Keçidlər