Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustanda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir

17 mart 2017 | 16:00

17.03.2017-ci il tarixdə Qobustanda  Novruz bayramı münasibətilə meydanda  ümumrayon  şənliyi təşkil olunub. Ortada böyük tonqal qalanıb.  Ətrafda yüzlərlə tamaşaçı toplaşıb. Qara zurnanın sədaları yüksəlir.
       Bayram adət və mərasimlərini nümayiş etdirən insanlar-ifaçılar, kulinarlar, xalçalar. Tədbirdə Novruz töhfəsini nümayiş etdirmək üçün təşrif buyurmuş nümayəndə heyətləri,milli geyimli gənc oğlan və qızlar əllərində gül-çiçək dəstələri, səməni. şar. bayraq və sair vardır Tədbirin keçiriləcəyi meydanda Novruz Bayramının gəlişini salamlayan şüarlar asılmışdır:
     “Novruz Bayyramınız mübarək”,” Gəl.gəl a yaz günləri,ilin əziz günləri”,”Azərbaycana Novruz gəlir”,”Qədəmlərin mübarək,Novruz Bayramı”,”Novruz bizim ümummilli bayramımızdır”və sair.
      Rəsmi heyət tonqala yaxınlaşır.Kosa və keçəl məzəli oyunlar nümayiş etdirirlər,qonaqlarla xoş zarafatlar edərək yumurta döyüşdürürlər. Bahar qızı əli xonçalı, milli geyimli oğlan və qızlar tonqala yaxınlaşaraq qonaqları bayram münasibəti ilə təbrik edirlər. Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədov hamını təbrik edərək, məşəllə tonqalı alovlandırır. Milli geyimli rəqs qrupu, kosa, keçəl və bahar qiz birlikdə rəqs edirlər. Tədbirin davamı milli dekorlarla bəzədilmiş səhnədə davam etdirilir. Konsert proqramı təqdim edilir.

Keçidlər