Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirildi.

31 mart 2017 | 16:00

Hər birinizə məlumdur ki, təcavüzkar erməni millətçiləri xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirmiş, son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər.
  Qobustan rayon İcra hakimiyyəti başçısı Adil Məmmədov Azərbaycanda, o cümlədən Qobustanda törədilən soyqırımlardan ətraflı danışdı. Bildiyimiz kimi, Qobustan rayonu o vaxt Şamaxı qəzasının tərkibində idi. Bizim rayon da erməni vəhşiliyinə ən çox məruz qalan bölgələrdən biri olmuşdur. Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi.
    Çıxışında `bildirdi ki, ümummilli liderimiz  Heydər Əliyev 31 martı Azərbaycanlıların soyqırımı günü kimi təsdiq etməklə tariximizdəki səhvi aradan qaldırıb, düşmənlərimizi  bir daha özümüzə tanıtdı. Keçmişin dərslərindən bu gün üçün düzgün nəticə çıxarmaq  yolunu göstərdi. Önündə durduğumuz abidə bizi həmişə ayıq-sayıq olmağa, yaddaşımızı daşlaşdırmağa, unutqan olmamağa, milli vəhdətə, torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə səsləyir, şəhidlərin ruhunu qələbəyə çatmaqla şad etməyə haraylayır. Əbədiyyətə qovuşmuş türk əsgərlərinin məzarları ziyarət edilir, soyqırım vəhşətləri öyrənilir və yeniyetmələr, gənclərə öyrədilir.


Sonra Qobustan rayon Çuxanlı və Təklə tam orta məktəblərinin şagirdləri soyqırım haqqında kompazisiya təqdim etdilər.
Sonda isə Qobustan rayon “Heydər Məscidi”nin axundu Çingiz Babaşov şəhidlərin ruhuna dua oxudu.

 

 

 

 

 

 

 

 

Keçidlər