Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir.

26 may 2017 | 16:00

Qobustan  rayonunda 26.05.2017-ci il tarixdə  Respublika Gününün 99-illiyinə həsr olunmuş tədbir  keçirilmişdir. Tədbirdə Qobustan RİH-nin başçısı Adil Məmmədov, RİH-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, idarə və müəssisələr istirak edirdi. Tədbirə  Ulu Öndərin abidəsi önünə  tər gül dəstələri qoyulması ilə başlandı. Tədbir iştirakçıları  Heydər Əliyev Mərkəzindəki kitab sərgisi ilə tanış oldular. Daha sonra tədbir Gənclər Mərkəzində davam etdi.
Gənclər Mərkəzindəki tədbirdə ilk olaraq  dövlət  himni səsləndirildi, daha sonra Qobustan RİH-nin başçısı Adil Məmmədov çıxış edərək  bildirdi  ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımız və dünya üçün tarixi hadisədir.Ona görə ki,ilk ndəfə idi müsəlman aləmində ilk demokratik respublika yaranmışdır.Bu respublikanı Azərbaycan xalqı onun qabaqcıl nümayəndələri yaratmışlar.Biz təbii olaraq bununla fəxr edirik.
Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hokmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda XİX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.
1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən istiqlal bəyannaməsi qəbul edildi.Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti,dövlət aparatı təşkil edildi,ölkənin sərhədləri müəyyənləşdirildi,himni və gerbi yaradıldı, ana dili dövlət dili élan edildi,qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı,milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu,maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi.

    Azərbaycan xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi. azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
Düşünürəm ki, Ulu Tanrı Ümummilli liderimiz Heydər Əliyevin simasında belə bir dahi şəxsiyyəti xalqımızdan əsirgəməmişdir. Bu mənada özümüzü xoşbəxt hesab edə bilərik. Böyük əminliklə deyə bilərik ki, özünün  müstəqilliyinə yenidən qovuşmuş  azərbaycan xalqı tarixin ən ağır, ən parlaq, həm də ən şərəfli səhifələrini dahi şəxsiyyət  ulu öndər Heydər Əliyevlə yazmışdır.
Bu gün  Heydər Əliyev siyasi məktəbinin Möhtərəm Prezidentimiz İlham Əliyev kimi istedadlı yetirməsi var. Bu gün biz hamımız Prezidentimiz  İlham Əliyevin ətrafında yumruq kimi birləşməliyik.
İHB-nin bu çıxışı alqışlarla qarşılandı.
.Tədbir Gənclər Mərkəzində  rayon mədəniyyət şöbəsi tərəfindən hazırlanmış  konsert proqramı ilə davam etdirildi.

Keçidlər