Şriftin ölçüsü :

Saytın rəngi :

Poladlı kənd tam orta məktəbində “İslam həmrəyliyi və radikalizm. Əks qütblər” mövzusunda tədbir keçirilmişdir.

28 aprel 2017 | 16:00

Aprelin 28-də Poladlı kənd tam orta məktəbində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İslam həmrəyliyi və radikalizm. Əks qütblər” mövzusunda tədbir keçirilmişdir. Qobustan rayonu  Poladlı kənd tam orta məktəbində keçirilən tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov,  RİH başçısının Poladlı kənd  inzibati  ərazi dairəsi üzrə nümayəndəsi Balaməmməd Nəzərov,  məktəb rəhbərliyi, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan olunmasının və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin əsas məqsədinin müsəlman aləminin birliyini möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya nümayiş etdirmək olduğunu bildirmişdir. Bu sərəncamın hər bir azərbaycanlı kimi qobustanlıların da üzərinə böyük məsuliyyət qoyduğunu bildirmişdir. Odur ki, İslam həmrəyliyinə mane olmağa çalışan qeyi-ənənəvi dini cərəyanlara qarşı mübarizədə ayıq və qətiyyətli olmağı tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Çıxış edənlər dini radikalizmin fəsadlarından və ona qarşı mübarizə yollarından ətraflı söhbət açmışlar.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər