Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda dövlət qulluqçusuları günü qeyd edildi

23 iyun 2017 | 16:00

Qobustan rayonunda  131 nəfər dövlət qulluqçusu fəaliyyət göstərir. Onların 25 nəfəri qadın, 106 nəfəri isə kişidir. Dövlət qulluqçuları sırasında gənclərin sayı üstünlük təşkil edir 3 nəfər dövlət quluqçusu ötən illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə ” medalı ilə təltif olunub. Rayon İcra Hakimiyyəti başçısının  müavini Məharət Əkbərov belə şərəfə keçən ilki bayram ərəfəsində çatıb. İlk olaraq dövlət qulluqçuları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər.
Bu ilki bayram ərəfəsində isə Sündü İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Balaqardaşov Fədayi Qardaşbala oğlu “Dövlət qulluqçularının fərqlənməyə görə” medalı ilə təltif olunub.İlk olaraq söz  F.Balaqardaşova verildi.
Sonra tədbir İcra hakimiyyətinin akt zalında davam etdirildi. Qobustan rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov Azərbaycan  Respublikanın dövlət qulluqçularını təbrik etdi. Onlara gələcəkdə  çətin və şərəfli işlərində uğurlar arzuladı. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında qeyd edib ki, hər bir dövlət qulluqçusu xalqın xidmətçisidir və bu xidmət Prezident İlham Əliyevin tələbi səviyyəsində göstərilməlidir.Beş  nəfər dövlət qulluqçusu İcra Başçısının Fəxri fərmanları ilə təltif olundu.    Tədbirdə iştirak edən bütün dövlət qulluqçuları öz ürək sözlərini və xoş arzularını bildirdilər.

Keçidlər