Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonu Ərəbşalbaş kəndində “İslam həmrəyliyi din və məzhəb ayrıseçkiliyinə qarşı” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

26 iyul 2017 | 16:00

İyulun 26-da Qobustan rayonu Icra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan rayonunun Ərəbşalbaş kəndində "İslam həmrəyliyi din və məzhəb ayrıseçkiliyinə qarşı" lahiyəsi çərçivəsində maarifləndirici tədbir keçirilib .
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Rayon İcra Hakimiyyəti (RİH) başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Solmaz Mehralıyeva, dini icmanın sədri Famiz Quliyev, dini icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov dini maarifləndirmə sahəsində görülən tədbirlərin və bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev dövlətin dindarlara qayğısından və onların ibadəti üçün hər cür şəraitin yaradılmasından danışaraq, İslam dininin həmrəylik, dostluq və qardaşlıq dini kimi tolerant və multikultural dəyərlərin daşıyıcısı olduğunu bildirib.
Daha sonra çıxış edən DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli qeyd edib ki, dövlət başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi bu ili “İslam həmrəyliyi İli” elan etməsi bütün dünyaya sülh, həmrəylik, eyni zamanda dinlər və məzhəblər arasında dialoq qurmaq çağırışıdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Keçidlər