Şriftin ölçüsü :

Saytın rəngi :

"Məzhəblərarası vəhdət" adlı maarifləndirici tədbir

09 avqust 2017 | 16:00


Avqustun 9-da Qobustan rayonu Icra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan rayonunun Ərəbşalbaş kəndində "İslam həmrəyliyi din və məzhəb ayrıseçkiliyinə qarşı" lahiyəsi çərçivəsində "Məzhəblərarası vəhdət" adlı maarifləndirici tədbir keçirilib .
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirnin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Rayon İcra Hakimiyyəti (RİH) başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Solmaz Mehralıyeva,Ərəbşalbaş kəndinin Bələdiyyəsinin sədri Ramiz Rəhmanov,"Həyat bilgisi" fənnini tədris edən müəlimlər, dini icmanın sədri Famiz Quliyev, dini icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov 2017-ci ili möhtrəm Prezdentimiz İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi İli" elan etməsi.İslam həmrəyliyinin aktuallığı,mahiyyəti,məzhəblər arası vəhdət,rayonumuzda vəhdət namazlarının qılınması barədə məlumat verdi. Daha sonra A.Şikarov çıxışında mili-mənəvi dəyərlər və onların qorunması,rayonda dini durum və rayon rəhbərliyinin dini durumun sabitliyinə qayğısından, dini radikalizm və onun fəsadlarından ətraflı söhbət
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov məzhəblərarası vəhdətin və müsəlmanlar arasındakı birliyin günümüzün aktual mövzusu olduğunu bildirib. İslamın iki böyük məzhəbi arasındakı bəzi fərqliliklərin müzakirəsindən daha çox ortaq dini dəyərlər ətrafında birləşməyin vacibliyini vurğulayaraq bu işdə dini icmaların, din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Daha sonra Rayon İcra Hakimiyyəti (RİH) başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Solmaz Mehralıyeva,Ərəbşalbaş kəndinin Bələdiyyəsinin sədri Ramiz Rəhmanov və dini icmanın sədri Famiz Quliyev çıxış edərək müsəlmanların ən böyük gücünün həmrəylik və vəhdət olduğunu, vəhdətin təmin olunması üçün məzhəblər arasında dialoqun vacibliyini vurğulayıblar.
Tədbirin sonunda təbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Keçidlər