Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda abadlıq və quruculuq işləri çərçivəsində, Kapital Bankın Qobustan rayon filialının açlışı olub .

14 avqust 2017 | 16:00

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Qobustan filialının yenilənmiş ofisini istifadəyə verdi. Yeni konsepsiya əsasında təmir edilən filial Qobustan şəhəri, Yeni massiv 1, ev 11 ünvanında yerləşir. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.
Kapital Bank-ın yeni konsepsiya əsasında təmir edilən Qobustan filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

 

Keçidlər