Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda “Vətəndaşsızlıq hallarının aradan qaldırılması” və “Əcnəbilər və Vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması qaydaları” mövzusunda maarifləndirici tədbir keçrilib.

17 avqust 2017 | 16:00

Dövlət Miqrasiya Xidməti tərəfindən ölkənin müxtəlif regionlarında miqrasiya sahəsində vətəndaşların maarifləndirilməsi işləri aparılır.Bununla əlaqədar olaraq Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qobustan rayonunda “Vətəndaşsızlıq hallarının aradan qaldırılması” və “Əcnəbilər və Vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması qaydaları” mövzusunda maarifləndirici tədbir Qobustan RİH-nin akt zalında keçrilib.
        Tədbiri giriş sözü ilə Qobustan RİH-i başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva açdı: Qobustan rayonu haqqında geniş məlumat verdi. Qobustan şəhərində və Xilmilli kəndində yaşayan Gürcüstan vətəndaşları haqqında danışdı. T.Güləliyeva qeyd etdi ki, 05.04.2017- ci il tarixdə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komisiyaya Xilmillidə yaşayıb Gürcüstan vətəndaşı olan Qəmbərov Bəhruz Savalan oğlu müraciət etmişdir ki, üç övladına atalıq və doğum haqqında şəhadətnamə verilsin. Qeyd edək ki, vətandaş Qəmbərov Bəhruz Savalan oğlunun müraciətinə baxılıb və yernə yetrildi.
        Söz Ağsu Regional Miqrasiya İdarəsinin bölmə rəisi, müvəqqəti rəis vəzifəsini icra edən Hüseyinov Rafael verildi.
        Sonra çıxış üçün söz Ağsu Regional Miqrasiya İdarəsinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması bölməsinin inspektoru  Həbibov Həmidə verildi.
        Tədbirdə vətandaşlıq məsələləri və miqrasiya qanunvericiliyi barədə yeniliklər tədbir iştirakçılarına çatdırılıb.

         Tədbirin sonunda vətəndaşların müraciətləri dinlənildi.                      

 

 

 

 

 

Keçidlər