Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizi təmsil edən Qobustan rayon UGİM-nin idmançısı Babarəhim Mirzəyev bütün görüşlərdə qalib gələrək I yeri tutub.

23 avqust 2017 | 16:00

17-18 avqust 2017-ci il tarixlərində Türkiyənin Sakarya şəhərində Türkiyə, Almaniya, Monqolustan. Özbəkistan, Kirqızıstan, Yunanıstan, Kazaxıstan, Rusiya, ümumilikdə 15 ölkənin iştirakı ilə yeniyetmələr arasında cüdo üzrə beynəlxalq turnir keçirilib. Ölkəmizi təmsil edən Qobustan rayon UGİM-nin idmançısı Babarəhim Mirzəyev bütün görüşlərdə qalib gələrək I yeri tutub. Digər idmançılarımız Niyət Yaqubov, Səyyad Alıyev və Samir Qayıbov öz çəki dərəcələrində II yeri tutublar. İdmançılarımızı və məşqçi Qüdrət Ələkbərovu təbrik edir və yeni uğurlar arzulayırıq.

 

Keçidlər