Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunun “Qobustan” qəzeti redaksiyasında Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin Əməkdaşları tərəfindən “ Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçrilmişdir

24 avqust 2017 | 16:00

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən 22 avqust 2017-ci il tarixində Qobustan rayonu “Qobustan” qəzeti redaksiyasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin və “Qobustan” qəzetinin əməkdaşları iştirak etmişdir.
Tədbirdə dinləyicilərə Mərkəz əməkdaşları tərəfindən “Fövqəladə hallar barədə ümumi məlumat”, “Sel və daşqın”, “Torpaq sürüşməsi” ,“Zəlzələ”,”Məişətdə yanğın təhlükəsizliyi”, “112 qaynar xətti” mövzularında geniş məlumatlar verilmişdir. Sonda əhalinin, fövqəladə  hallar zamanı davranış qaydaları haqqında mətbuat vasitəsi ilə mütəmadi  maarifləndirilməsi mövzusu ətrafınqa qarşılıqlı fikir mübadiləsi olmuş,  mövzulara dair suallar cavablandırılmışdır

Keçidlər