Şriftin ölçüsü :

Saytın rəngi :

“İslam həmrəyliyi din və məzhəb ayrıseçkiliyinə qarşı” layihəsi çərçivəsində “İslam həmrəyliyi gənclərin gözü ilə” adlı maarifləndirici tədbir keçirib.

24 avqust 2017 | 16:00

Avqustun 23-də Qobustan rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Ərəbşalbaş kəndində Ərəbşalbaş kəndi “Hacı Gülmalı” məscidi dini icması “İslam həmrəyliyi din və məzhəb ayrıseçkiliyinə qarşı” layihəsi çərçivəsində “İslam həmrəyliyi gənclərin gözü ilə” adlı maarifləndirici tədbir keçirib.
         Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Hüquq və qeydiyyat şöbəsinin tərkibində Kadrlarla iş sektorunun müdiri Xalid Məmmədov, Şamaxı bölgəsi üzrə şöbənin müdiri Rəhim Rəhimli, şöbənin əməkdaşı Cavid Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşı Vüsal Məhərrəmov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Rayon İcra Hakimiyyəti (RİH) başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Solmaz Mehralıyeva, dini icmanın sədri Famiz Quliyev, dini icma üzvləri və gənclər iştirak ediblər.
          Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin mahiyyətindən danışaraq bu səpkidə dini icma tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin gənclər arasında müsbət nəticələr verdiyini və bunun gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
          QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev məzhəblərarası vəhdətin və müsəlmanlar arasındakı birliyin önəminə toxunaraq islamın sülh, həmrəylik və qardaşlıq prinsiplərindən danışıb.
          DQİDK-nın Hüquq və qeydiyyat şöbəsinin tərkibində Kadrlarla iş sektorunun müdiri Xalid Məmmədov çıxış edərək Azərbaycanın İslam mədəniyyətinə böyük töhfələr verdiyini qeyd edib. Natiq İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək İslam həmrəyliyinin təkcə müsəlman dünyası üçün deyil, eyni zamanda bütün dünya üçün önəminə toxunub.
         Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov çıxış edərək rayonda, eləcədə Ərəbşalbaş kəndində, dini durumla bağlı ətraflı məlumat verərək bu sahədə müəyyən neqativ halların mövcudluğunu qeyd etdi və dini icma üzvlərini, kənd ağsaqqallarını, müəllimləri, gəncləri belə hallarıın aradan qaldırılması məqsədi ilə daha da fəal olmağa çağırdı.
          Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşı Vüsal Məhərrəmov, Rayon İcra Hakimiyyəti (RİH) başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Solmaz Mehralıyeva, dini icmanın sədri Famiz Quliyev çıxış edərək ölkəmizin tolerant dəyərlərə və həmrəyliyin təşviqinə verdiyi töhfələrə görə dünyada nümunə kimi qəbul olunmasını diqqətə çatdırıblar.
          Tədbirin sonunda tədbir iştirakçıları dindarlara, gənclərin dini, milli-mənəvi dəyərlərə hörmət sahəsində maarifləndirilməsinə göstərilən qayğıya görə ölkə Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.
          Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Keçidlər