Şriftin ölçüsü :

Saytın rəngi :

“Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə Azərbaycanın 44 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdirdilər.

29 avqust 2017 | 16:00

Avqustun 26-da Qəbələ şəhərində V Beynəlxalq Mürəbbə Festivalı keçirildi.

Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə 22   ölkənin şirniyyatçıları, eləcə də Azərbaycanın 44 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdirdilər.
Qobustan rayonu da festivalda iştirak etdi. Kitabxanamızdan Cəbrayılova Adilə, Şıxıyeva Nərminə, Mürsəliyeva Mətanətin iştirak etdiyi festivala Qobustan rayonu ümumilikdə  iyirmi altı çeşid mürəbbə ilə qatıldı (çiyələk, cənnət alması, heyva, qoz, ərik, şaftalı, badımcan, gül, böyürtkən, gilas, gavalı, göyəm, alça və s.). Festivalın sonunda Qobustan rayonu təqdimata görə III yerə layiq görülərək kubok və diplomla mükafatlandırıldı.

 

 

Keçidlər