Home Contact Phone
background
  • Ünvan: AZ 3700, Qobustan şəhəri, Heydər Əliyev pr.1
  • Faks: (+994 2024) 5-27-39
  • E-mail: mail@qobustan-ih.gov.az

Xəbərlər

  • Qobustan rayonunda 2018-ci ilin sosial-iqtisadi in...

    Qobustan rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrlərə dair hesabat yığıncağı keçirildi.

    2019-02-12

    Yığıncaqda əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı sahəsində görülən işlər, habelə həllini gözləyən məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.

  • “Vətənə bağlılıq”

    “Vətənə bağlılıq”

    2019-02-12

    Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirnin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qobustan rayon Çalov kənd ümumi orta məktəbin direktoru Nemət Alcanov, Qobustan rayon Cəyirli kənd ümumi orta məktəbin direktoru Ağakərim Şirinov, Qobustan rayon Cəyirli kənd məscidi dini icmasının sədri Məzahir Axundov, Qobustan rayon Çalov kənd məscidi dini icmasının sədri Həqiqət Rəcəbov və kənd ictimaiyyəti iştirak edib.

  • Qobustan şəhər sakinləri ilə səyyar görüş...

    Qobustan şəhər sakinləri ilə səyyar görüş keçirildi.

    2019-02-08

    2019-cu il fevral ayının 8-də, 3 saylı tam orta məktəbin akt zalında Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Qobustan şəhər sakinləri ilə səyyar görüşü keçirdi. Görüşdə Hüquq Mühafizə orqanları, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Sakinlər çıxış edərək rayonumuzda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

  • Qobustan Rayon İcra Hakimiyyətinin akt zalında ...

    Qobustan Rayon İcra Hakimiyyətinin akt zalında RİHB-nın İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması barədə şura iclası keçirildi.

    2019-02-07

    07 fevral 2019 -cu il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin akt zalında RİHB-nın İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması barədə şura iclası keçirildi.

  • “Vətənpərvərlik və gənclik”

    “Vətənpərvərlik və gənclik”

    2019-02-05

    Çıxışlar zamanı milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşdüyü vurğulanıb. Ölkəmizdə dövlətin gənclərə yüksək diqqət və qayğısından, mənəvi dəyərlərimizin təbliği sahəsində mühüm tədbirlərin görülməsindən bəhs edilərək, Ulu Öndər Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin bu sahədəki xidmətləri diqqətə çatdırılıb.

  • Qobustan rayon Çuxanlı kəndində RİH başçıs...

    Qobustan rayon Çuxanlı kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.

    2019-01-30

    Görüşün yekununda cənab Adil Məmmədov bildirdi ki, sakinlərlə səyyar görüşlərin keçirilməsi bundan sonra da davam etdiriləcək. O, qeyd edib ki, Qobustan rayon əhalisi sürətlə artır və buna müvafiq olaraq müəyyən təlabatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən həm meydana gələn təlabatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.

  • Qobustan rayon Cəyirli kəndində RİH başçıs...

    Qobustan rayon Cəyirli kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.

    2019-01-24

    Kənd əhalisinin rahatlığı üçün kəndin yuxarı hissəsinə içməli suyun çəkilməsini, kənd daxili elektrik dirəklərinin təmirini, nümayəndəlik ərazisində yeni standartlara uyğun tibb məntəqəsinin tikintisini və kəndə gələn yolun asfaltlanmasını xahiş etdilər.

  • “Şəhidlik anlayışı”

    “Şəhidlik anlayışı”

    2019-01-22

    Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirnin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşları Cavid Əhmədov və Elnur Mehdiyev, Qobustan RİH Başçısının Çalov və Cəyirli kəndləri inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Mehdiyev, Qobustan şəhəri “Heydər” məscidi dini icmasının sədri Çingiz Babaşov, Çalov kənd məscidi dini icmasının sədri Həqiqət Rəcəbov, Qobustan rayonu Təklə Mirzəbaba kənd məscidi dini icmasının sədri Elman Qayıbov, Xilmilli kəndi məscidi dini icmasının sədri Mehralı Muradov o cümlədən kənd ictimaiyyəti iştirak edib.

  • “20 Yanvar Milli Matəm günüdür”

    “20 Yanvar Milli Matəm günüdür”

    2019-01-20

    Qobustan rayonunda “20 Yanvar” faciəsinin 29-cı ildönümü ilə əlaqədar olaraq “20 Yanvar Milli Matəm günüdür” adlı rayon tədbiri keçirildi. Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədov, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, aparatın işçiləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ümumtəhsil müəssisələrinin, uşaq bağçalarının kollektivləri rayon ağsaqqalları və rayon ictimaiyyəti iştirak etdilər.

  • Qobustan rayon Cəngi kəndində RİH başçısı ...

    Qobustan rayon Cəngi kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.

    2019-01-18

    Sonra kənd əhalisindən Orucov Zöhrab Ərzuman oğlu, Kərimov Şahin Babayar oğlu,Kərimov Cəlil Babayar və başqa vətəndaşlar çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdilər. Kənd əhalisinin rahatlığı üçün kəndə içməli su, mavi qaz xəttinin çəkilməsini və ümumi orta məktəbdə oxuyan şagirdlər üçün məktəbə tam orta məktəb statusu verilməsini xahiş etdilər.

  • “Vətənimizi qoruyaq”

    “Vətənimizi qoruyaq”

    2019-01-16

    Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan rayonu Çalov kənd məscidində “Vətən sevgisi imandandır” adlı layihə çərçivəsində “Vətənimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.

  • Qobustan rayon Xilmilli kəndində RİH başçıs...

    Qobustan rayon Xilmilli kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirtdi.

    2019-01-11

    Qobustan rayon Xilmilli kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirtdi. Görüşdə ilk öncə Xilmilli kənd İƏD üzrə nümayəndə Adil Bayramov hesabat verərək il ərzində Xilmilli kəndində görülən işlər barədə danişdı. Xilmilli kəndinin ümumi ərazisi 18280 hektar, əhalisi isə 2053 nəfərdir. Kəndin əkinə yararlı sahəsi 5700 hektardır. Kənddə 330 təsərrüfat var. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki, əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

  • “Vətəni sevgisi imandandır”

    “Vətəni sevgisi imandandır”

    2019-01-09

    Qobustan rayon İcra Hakimiyyətinin və Qobustan rayon Çalov kənd məscidi dini icmasının təşkilatçılığı ilə Qobustan rayonu Çalov kənd məscidində “Vətəni sevgisi imandandır” adlı layihə çərçivəsində “Vətən nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib.

  • Qobustan rayon Gənclər Mərkəzində “31 dekab...

    Qobustan rayon Gənclər Mərkəzində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” tədbiri

    2018-12-28

    28 dekabr Qobustan rayon Gənclər Mərkəzində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” tədbiri keçirildi.

  • Qobustan rayonunda 31 dekabr - "Dünya Azərb...

    Qobustan rayonunda 31 dekabr - "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" bayramları ərəfəsində Qarabağ əlilləri, şəhid ailələrinə və rayonda yaşayan aztəminatlı ailələrə bayram sovqatları paylanıldı.

    2018-12-26

    Dekabrın 26-da 31 dekabr-"Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" bayramları ərəfəsində Qobustan rayon İcra hakimiyyəti tərəfindən həmişə olduğu kimi Qarabağ əlillərinə, şəhid ailələrinə və rayon ərazisində yaşayan aztəminatlı ailələrə bayram sovqatları paylanılmışdır. 530 ailə bayram sovqatları ilə təmin edilmişdir.

  • Qobustan rayonunun istedadlı gəncləri.

    Qobustan rayonunun istedadlı gəncləri.

    2018-12-24

    Müsabiqə Ağsu, İsmayıllı, Şamaxı, Qəbələ və Qobustan rayonlarından olan istedadlı gənclər arasında keçirilmişdir.

  • Səyyar Asan Xidmət

    Səyyar Asan Xidmət

    2018-12-14

    Səyyar Xidmət Məntəqəsi: Qobustan şəhəri, Heydər Əliyev prospekti (DSMF-in Qobustan rayon şöbəsinin və Məşğulluq İdarəsinin qarşısı) Məntəqədə olma müddəti: 14.12.2018 - 28.12.2018, 15-gün

  • 12 Dekabr-Ümummilli liderimiz Heydər Əliyevin x...

    12 Dekabr-Ümummilli liderimiz Heydər Əliyevin xatirə gününə həsr edilmiş mərasim.

    2018-12-12

    Qobustan RİH -nin Başçısı cənab Adil Məmmədov çıxış etdi: -Bu gün bütün Azərbaycan xalqı öz xilaskarı, ümummilli lideri Heydər Əliyevin anım gününü qeyd edir, Ulu öndərin əziz xatirəsini dərin minnətdarlıq hissi ilə anır. Bu gün müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın əvəzsiz lideri, ölkəmizin aydın sabahı naminə həyatını belə əsirgəməyən Heydər Əliyevin əbədiyyətə qovuşmasından 15 il keçir:

  • Qobustan rayon Şıxzahırlı kəndində mavi qaz...

    Qobustan rayon Şıxzahırlı kəndində mavi qazın verlişi ilə əlaqədar açılış tədbiri keçirildi

    2018-12-11

    Kənd ağsaqqalları və ictimaiyyət nümayəndələri çıxış edərək ölkə prezidenti cənab İlham Əliyevə rayonumuza göstərilən, hər bir kəndin sosial problemlərinin aradan qaldırılması istiqamətində aparılan işlər, ucqar kəndlərdə belə yaşayan vətəndaşlarımıza göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.

  • Qobustan rayonunda qışlamaya hazırlıqla bağl...

    Qobustan rayonunda qışlamaya hazırlıqla bağlı tədbir keçirildi.

    2018-12-07

    Qışlamaya hazırlıq çox vacib bir məsələdir. Bununla bağlı bütün idarə, müəssisə və təşkilatlar, ərazi nümayəndələri, bələdiyyələr, xüsusiylə ümumtəhsil müəssisələri, səhiyyə və mədəniyyət müəssisələri , Poçt, Elektrik Şəbəkə, Qaz İstismar sahəsi, Kənd Təsərrüfatı idarəsi, Telekkkommunikasiya qovşağı tədbirlər planı hazırlayıb həyata keçirməlidirlər.

  • Qobustan - Poladlı avtomobil yolunun tikintisi da...

    Qobustan - Poladlı avtomobil yolunun tikintisi davam edir.

    2018-12-03

    “Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Qobustan - Poladlı avtomobil yolunun tikintisi davam edir. Poladlı-Yekəxana-Bədəlli avtomobil yolu 14.5 km olmaqla 6 yaşayış məntəqəsini (Poladlı, Yekəxana, Təsi, Sədəfli, Bədəlli kəndlərini və Üzümçü qəsəbəsini) əhatə edir. Həmin məntəqələrdə ümumilikdə 5062 nəfər əhali yaşayır. Kənd sakinləri rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildirdilər. Yolun çəkilişi sonlanana qədər kənd sakinləri öz daxili imkanları hesabına kəndin ara yollarınında təmirinə başlayıblar. İşlər davam edir.

  • Rayon İcra Hakimiyyətinin başçısı cənab Adi...

    Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov Üzümçü qəsəbəsində səyyar görüş-qəbul keçirmişdir.

    2018-11-30

    Qobustan rayonun Üzümçü qəsəbəsi qədim tarixə malikdir. Qəsəbə əhalisi əsasən heyvandarlıq və əkinçiliklə məşğuldur. Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov qəsəbə sakinlərinin problemlərini, təklif və istəklərini dinləmək üçün 30 noyabr 2018-ci il tarixdə Üzümçü qəsəbəsində səyyar görüş-qəbul keçirmişdir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin işçisi Qalib Əsgərov da iştirak etmişdir.

  • Qobustan rayon Sündü kəndində RİH başçısı...

    Qobustan rayon Sündü kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirtdi.

    2018-11-23

    Sonra kənd əhalisindən Məlikov Ziya Hacı oğlu, Məmmədov Hüseyn Gülümoğlan oğlu və başqa vətəndaşlar çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdilər. Kənd əhalisinin rahatlığı üçün kəndəki məktəbin yenidən tikilməsini, Telefon xətlərinin təmir olunması, internetin sürətinin artırılması və elektrik dirəklərinin yeniləri ilə əvəz olunmasını xahiş etdilər.

  • “Nə? Harada? Nə zaman?”

    “Nə? Harada? Nə zaman?”

    2018-11-21

    “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçılarına əvvəlcədən məlumat verilmişdir ki, tur-aksiya çərçivəsində Qubada 440 məktəblinin iştirakı ilə “Nə? Harada? Nə zaman?” adlı intellektual oyun təşkil olunacaq. Rayonumuzu təmsil edən şagirdlər bu yarışda başqa rayon məktəbliləri ilə birgə iştirak etmişlər. Yarışda suallara düzgün cavab verərək Qobustan rayon məktəbliləri kuboka sahib olmuşlar. Onların üçüncü yer tutması bizi çox sevindirir

  • Qobustan rayonunda “Ölkəmizi tanıyaq” deviz...

    Qobustan rayonunda “Ölkəmizi tanıyaq” devizi altında təşkil edilən tur-aksiyasında iştirak edən şagirdlərin yüksək səviyyədə yola salınma mərasimi təşkil edildi.

    2018-11-18

    Bu layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə Respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Ölkəmizdə ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə 9 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrini əhatə edən bu tur-aksiyalarda, ümumilikdə, 20 min 254 nəfər iştirak etmişdir.

əvvəlki [2] növbəti