Şriftin ölçüsü :

Saytın rəngi :

“İslam həmrəyliyi sülh və birlik nümunəsidir”

07 sentyabr 2017 | 16:00

     Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi və Qobustan rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan rayonunun Təklə Mirzəbaba kəndində “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” layihəsi çərçivəsində “İslamda tolerantlıq və vəhdət»” mövzusunda maarifləndirici tədbir  keçirilib.
     Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı şəhər “Cümə” məscidi “Mərkəz” dini icmasının sədri Akif Hüseynov, Təklə-Mirzəbaba kənd məscidi dini icmasının sədri Elman Qayıbov, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, dini icma üzvləri, kənd ağsaqqalları və gənclər iştirak ediblər.
    Çıxışlarda İslamın tolerant din olması, xalqımızın da tarixən islamla birgə tolerantlıq ənənələrini yaşatması, onu gündəlik həyat normasına çevirməsi qeyd edilib. Həmçinin bildirilib ki, kökdən gələn tolerantlıq ənənələri vəhdət amili ilə birləşərək xalqımızın nümunəvi bir imicini formalaşdırıb.
    Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

 

Keçidlər