Şriftin ölçüsü :

Saytın rəngi :

07 sentyabr 2017-ci il tarixdə Qobustan rayonu üzrə 2, 5 və 6 –cı siniflərin sinif rəhbərləri ilə tədbir keçirilib.

08 sentyabr 2017 | 16:00

    Fövqəladə Hallar Nazirliyinin Şamaxı regional Fövqəladə Hallar və Mülkü Müdafiə şöbəsi tərəfindən 07 sentyabr 2017-ci il tarixdə Qobustan şəhər 1 saylı orta məktəbin akt zalında Qobustan rayonu üzrə 2, 5 və 6 –cı sinif rəhbərləri ilə tədbir keçirilib. Tədbirdə Qobustan Rayon Təhsil Şöbəsinin müdiri Füzuli Güləliyev , metodist İlqar Alcanov, rayon MMQ rəisi  Rasim Əkbərov, həkim-cərrah  Balamirzə Mənsimov  və Şamaxı regional Fövqəladə Hallar və Mülkü Müdafiə şöbəsinin rəisi  mayor Sarvan Əsədov, şöbənin əməkdaşı baş leytenant Asim Atakişiyev,  baş idarənin əməkdaşı Samir müəllim iştirak edib.
    Tədbirdə dinləyicilərə  2, 5 və 6-cı siniflərdə keçiriləcək Mülkü Müdafiə dərsləri haqqında məlumatlar verildi.

Keçidlər