Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Poladlı kəndinin qəhraman oğlu şəhid Kərimov Mahir Bəymirzə oğlunun adının verildiyi Poladlı kənd tam orta məktəbindəki şəhidlik abidəsi yenidən qurulub.

14 sentyabr 2017 | 16:00

Qobustan rayon Poladlı kəndinin qəhraman oğlu şəhid Kərimov Mahir Bəymirzə oğlunun adının verildiyi  Poladlı kənd tam orta məktəbindəki şəhidlik abidəsi Qobustan rayon icra Hakimiyyətinin başçısı cənab Adil Məmmədovun təşəbbüsü ilə yenidən qurulub.

Şəhid Kərimov Mahir Bəymirzə oğlu Şamaxı rayonu Poladlı kəndində 1972 - ci ildə anadan olub. Ağır döyüşlərdə iştirak edən Mahir 1993-cü ildə Kəlbəcərin müdafiəsi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Mahir xatirəsini əbədiləşdirmək üçün Poladlı kənd tam orta məktəbinə onun adını veriblər. 

Keçidlər