Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda son illər arıçılığa maraq artıb və arı ailələrinin sayı 1214-ə çatdırılıb.

25 sentyabr 2017 | 16:00

Qobustan rayonunda son illər arıçılığa maraq artıb və arı ailələrinin sayı 1214-ə çatdırılıb.

Rayon kənd təsərrüfatı idarəsindən  bildirilib ki, hazırda bölgəmizdə onlarla peşəkar arıçı yetişib. Onların sayəsində təkcə Qobustan şəhərində 507, Xilmilli kəndində 202, Nabırda 140, Təklədə 128, Cəyirlidə 80 arı ailəsi bəslənilir.

Cari mövsümdə rayonda bal istehsalı əvvəlki illərə nisbətən artaraq, 12,5 tondan çox olub.

Qobustan arıçıları builki mövsümdə Bakıda keçirilən yarmarkaya 4 tonadək bal çıxaracaqlar.

Qeyd edək ki, oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək.

Keçidlər