Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon İcra hakimiyyətinin akt zalında Azərbaycan Dövlət bayrağ günü münasibəti ilə tədbir keçirildi.

08 noyabr 2017 | 16:00

Noyabr 8-də Qobustan rayonunda Azərbaycan tarixində əlamətdar hadisələrdən olan 9 noyabr - Dövlət Bayrağı Günü və 21 noyabr -Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibətilə tədbir keçirildi.
Qobustan Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı aparatının məsul işçiləri, rayon icra strukturlarının rəhbərləri, ictimai fəallığı ilə seçilən gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbir Azərbaycan respublikasının Dövlət himininin səslənməsi ilə başladı.
Bayram münasibətilə Yeni Azərbaycan Partiyasının Qobustan Rayon bölməsinin sədri F.Güləliyev təbrik nitqi söylədi. Yeni Azərbaycan Partiyasının Qobustan Rayon bölməsinin sədri əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək dövlətimizin bayrağının daim yüksəklərdə dalğalanmasını arzu etdi. F.Güləliyev çıxışında vurğuladı ki, üçrəngli, ayulduzlu bayrağımız müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet əsarətindən qurtulmağımıza bir il qalmış Naxçıvan Muxtar Respublikasının Ali Məclisində rəsmi dövlət atributu kimi təsdiqlənmiş, həmçinin Ümummilli Liderin təşəbbüsü ilə bu məsələ ilə bağlı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmış, nəticədə milli bayrağımız ölkəmizin dövlət rəmzi kimi qəbul edilmişdir.
Yeni Azərbaycan Partiyasının Qobustan Rayon bölməsinin sədri daha sonra dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan dövlət rəmzlərinə göstərdiyi diqqətdən bəhs edərək, 2009-cu il noyabr ayının 17-də imzaladığı sərəncamla 9 noyabr tarixini Dövlət Bayrağı Günü kimi təsis edilməsini qeyd edərək, dövlət başçısı tərəfindən atılan bu addımı özlüyündə bir ölkə rəhbərinin öz xalqının tarixi keçmişi, dövlətçilik ənənələri və milli-mənəvi dəyərlərinə göstərdiyi diqqətin bariz nümunəsi kimi səciyyələndirdi. Bundan əlavə, F.Güləliyev 21 noyabr -Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edərək, bu hadisənin də Ulu Öndərin Azərbaycan xalqına və dövlətçiliyinə göstərdiyi tarixi xidmətlərdən biri kimi qeyd etdi.
Tədbir məktəb şagirdlərinin müxtəlif şeir və mahnıları ilə davam etdi.

            
Keçidlər