Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral Gənclər Günü Qobustan rayonunda təntənə ilə qeyd edildi.

02 fevral 2014 | 16:00

2 fevral Gənclər Günü münasibətilə Qobustan rayonu  İcra hakimiyyəti və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 1 fevral tarixdə tədbir keçirilmişdir.
Tədbirdən əvvəl Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu. Daha sonra tədbir rayon icra hakimiyyətində davam etdirildi.
Rayon İcra hakimiyyəti başçısının müavini Məharət Əkbərov çıxış edərək toplantı iştirakçılarını Gənclər günü münasibətilə rayon İcra hakimiyyətinin başçısının adından təbrik etdi və onlara işlərində müvəfəqqiyyətlər arzuladı.
M.Əkbərov dövlətimizin apardığı gənclər siyasətindən bəhs edərək bildirdi ki, əsası ulu öndər tərəfindən qoyulan gənclər siyasəti bu gün onun layiqli davamçısı cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tərbirdə müxtəlif mövzularda viktorinalar təşkil edildi. Qobustan rayonu R.Behbudov adına Uşaq İncəsənət məktəbi tərəfindən hazırlanmış musiqilər toplantı iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.
Rayon gəncləri adından çıxış edən Elnur Ağaliyev Qobustan gənclərini və onların simasında bütün azərbaycan gəncliyini təbrik etdi, ölkə prezidentinə gənclər üçün yaradılmış şəraitə və diqqət və qayğıya görə dərin minnətdarlığını bildirdi.
Toplantıda 2013-cü ildə idman, təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan və ictimai fəallığı ilə seçilən Ağayeva Nadirə Sərdar qızı, Hacıyev Xətayi Əsilxan və Dadaşbəyli Dadaş Nurullu oğluna rayon İcra hakimiyyəti başçısı adından fəxri fərmanlar verildi.

Keçidlər