Şriftin ölçüsü :

Saytın rəngi :

"Beynəlxalq Əlillər Günü"

04 dekabr 2017 | 16:00

4 dekabr 2017 tarixdə Beynəlxalq Əlillər Günü münasibəti ilə Qobustan Rayon İcra Hakimiyyəti və rayon Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə əmək, müharibə əlilləri,  Çernobıl qəzasının iştirakçıları və müxtəlif səbəblərdən əlil olan 100 nəfər  rayon sakini üçün süfrə açılıb.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Əkbərov Məharət bildirib ki, Azərbaycanda müharibə əlillərinə, şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişi zamanı imzalanan ilk fərmanlarından biri “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” fərman olub. Bu fərmanla müharibə iştirakçılarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsinə start verilib. 
Hazırda Qobustan rayonunda   2427    nəfər əlil yaşayır. Onlara sosial əlil, müharibə, əmək, silahlı qüvvələrdə xidmət, Çernobıl qəzası və digər əlil kateqoriyasına daxildir. Onların hamısına dövlət tərəfindən pensiya və müavinət verilir.
Əkbərov Məharət vurğulayıb ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan insanların problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması, bu insanların özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri üçün bütün zəruri tədbirləri həyata kecirir.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond tərəfindən son illər həyata keçirilən sosial layihələr sayəsində əlillərin sosial müdafiəsi ilə bağlı mühüm irəliləyişlər əldə edilib. Fondun əlilliyi olan şəxslərlə bağlı fəaliyyətinin əsas istiqamətləri onların müalicəsi və təhsil hüquqlarının reallaşdırılmasıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı sayəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri İrşad Həsənov çıxış edərək bildirib ki, Bakıda və bölgələrdə ƏƏSMN-in tabeliyində olan 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir.
Tədbirdə çıxış edənlər əlillərə göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdə 31 nəfər əlilə əlillər günü münasibəti ilə pul yardımı göstərildi
Mərasimdə rayonun mədəniyyət sarayının musiqi kollektivinin üzvləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

 

Keçidlər