Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunun Ərəbqədim kəndində “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

12 yanvar 2018 | 16:00

                   Qobustan rayonunun Ərəbqədim kəndində “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

    Yanvar ayının 11-də Qobustan rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Ərəbqədim kəndində “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
    Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qobustan RİH başçısının Ərəbqədim kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məzahir Mahmudov,  “Heydər məscidi” dini icmasının sədri Çingiz Babaşov, M.Sahibov adına Ərəbqədim kənd tam orta və Göydərə kənd ümümi orta məktəblərinin müəllim və yuxarı sinif şagirdləri iştirak edirdilər.
    Tədbiri giriş sözü ilə açan Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov ölkəmizin eləcə də, rayonumuzun hərtərəfli inkişafından və bunun nəticəsində ölkədə hökm sürən sabitlikdən ətraflı danışdı. O, dini radikalizm və  onun fəsadlarından söhbət açaraq, bu cərəyanla mübarizədə hər kəsin məsuliyyətini və rolunu qeyd etdi.
    Tədbir DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” filminin nümayişi ilə davam etdirildi.      
     Filmin nümayişindən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
     Film ətrafında müzakirələrdə çıxış edənlər tədbir iştirakçılarının hər birini milli adət-ənənələrimizə, milli dəyərlərimizə, dinimizə zidd olan dini radikalizmə qarşı mübariz olmağa səslədilər.
    Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Keçidlər