Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Ərəbqədim kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.

04 mart 2018 | 16:00

Qobustan rayon Ərəbqədim kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Ərəbqədim kənd İƏD üzrə nümayəndə Məzahir Mahmudov hesabat verərək ötən il ərzində kənddə görülən işlər barədə danişdı. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki ,əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
  Ərəbqədim kənd İƏD üzrə nümayəndəliyi üç yaşayış məntəqəsini, Ərəbqədim, Göydərə və Nardaran kəndlərini əhatə edir. Ərəbqədim kəndinin 6112 ha ümumi ərazisi var 3904 ha örüş sahəsidir. 2158 ha əkinə yararlı sahələri vardır. Ötən il 1710 ha  sahədə əkin işi aparılmiş orta hesabla məhsuldarlıq 20sentner olmuşdur. Bu il 1780 ha əkin işi aparılmiş 1030ha buğda, 750 ha arpadır, 220 ha herik şumu çıxarılmışdır. Ərəbqədim İƏD üzrə nümayəndə Məzahir Mahmudov qeyd etmişdir ki, hal-hazırda  Ərəbqədim kəndində 210 təsərrüfat olmaqla 1558 nəfər əhalidən 798 nəfər qadın, 760 nəfər kişi təşkil edir. Bu kənddə 137 yaşayış  evi vardır. Ərəbqədim kəndində 1 tam orta məktəb, 1 kitabxana , həkim ambulatoriyası və Poçt Şöbəsi fəaliyyət göstərir. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
   Sonra kənd əhalisindən Rəcəbov Qurban , Əşrəfov Ağakərim çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdilər.
      Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov çıxış edərək bildirdi ki,  kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinlərin aqrotexniki qaydalara əməl etdiyini və ziyanvericilərə qarşı aparılan mübarizənin  qənaətbəxş hesab edildiyini vurğuladı. RİH başcısı cənab A. Məmmədov bildirdi ki, fevral ayının 17-dən sonrakı hər həftənin şənbə və bazar günləri rayon ərazisində  yarmarkalar fəaliyyət göstərir. Hər bir kənd sakininin bu işdə fəal iştirak etməllərini tövsiyə etdi. Sonda RİH başçısı cənab A. Məmmədov sakinlərin təkliflərini nəzərə alaraq o sahələrə məsul olan şəxslərə öz tapşırıqlarını verdi. Kənd sakinlərinin əsas əziyyət çəkdikləri yol probleminin də yaxın vaxtlarda öz həllini tapacağını bildirdi  Kənd sakinlərinə gördükləri işlərdə uğurlar arzuladı.

Keçidlər