Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Ərəbşalbaş kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.

06 mart 2018 | 16:00

Qobustan rayon Ərəbşalbaş kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Ərəbşalbaş kənd İƏD üzrə nümayəndə Solmaz Mehraliyeva hesabat verərək ötən il ərzində kənddə görülən işlər barədə danişdı. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki ,əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
  Ərəbşalbaş kəndinin 810 ha əkinə yararlı sahələri vardır.  Bu il 763 ha əkin işi aparılmiş 331 ha buğda, 428 ha arpadır, 4 ha sarımsaq, 40 ha herik şumu çıxarılmışdır.Ərəbşalbaş İƏD üzrə nümayəndə Solmaz Mehraliyeva qeyd etmişdir ki, hal-hazırda  Ərəbşalbaş kəndi 804 təsərrüfat olmaqla 4952 nəfər əhali təşkil edir.  Ərəbşalbaş kəndində 1 tam orta məktəb, 1 kitabxana , həkim ambulatoriyası və Poçt Şöbəsi, kənd klubu fəaliyyət göstərir. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
   Sonra kənd əhalisindən Orucov Elçin, Bayramov Sibran,Bayramov Mətləb çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdilər. Kəndin məktəbinin yenidən qurulmasını xahiş etdilər.
      Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov çıxış edərək bildirdi ki,  kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinlərin aqrotexniki qaydalara əməl etdiyini və ziyanvericilərə qarşı aparılan mübarizənin  qənaətbəxş hesab edildiyini vurğuladı. RİH başcısı cənab A. Məmmədov bildirdi ki, fevral ayının 17-dən sonrakı hər həftənin şənbə və bazar günləri rayon ərazisində  yarmarkalar fəaliyyət göstərir. Hər bir kənd sakininin bu işdə fəal iştirak etməllərini tövsiyə etdi. Sonda RİH başçısı cənab A. Məmmədov sakinlərin təkliflərini nəzərə alaraq o sahələrə məsul olan şəxslərə öz tapşırıqlarını verdi. Kənd sakinlərinin əsas əziyyət çəkdikləri məktəb probleminin də yaxın vaxtlarda öz həllini tapacağını bildirdi  Kənd sakinlərinə gördükləri işlərdə uğurlar arzuladı.

Keçidlər