Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyasının növbəti mərhələsinə start verilib.

15 mart 2018 | 16:00

15.03.2018-ci il tarixdə Prezident İlham Əliyevin tapşırığına əsasən Qobustan ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyasının  növbəti mərhələsinə start verildi. Layihə üzrə tərtib olunan səfər proqramına əsasən martın 15-də Qobustanın 30 məktəbindən 40 nəfərlik qrup Quba şəhərinə yola salındı. Rayon rəhbərliyinin, təhsil işçilərinin, valideynlərin iştirak etdikləri yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş və gül dəstələri qoymuşlar.
   Yolasalma mərasimində 2 saylı tam orta məktəbin müəllimi Mürsəlov İntiqam İmran oğlu  çıxış edərək qeyd etdi ki, bu tur-aksiyası Azərbaycanın bir parçası olan Lənkəran- Masallı-Astara rayonları, onların  zəngin tarixi, bu günü barədə geniş bilgilər əldə etməyə imkan verəcək. Tur-aksiyanın əhəmiyyətindən, məktəblilərin vətənpərvərlik tərbiyəsindəki rolundan danışdı.  Bu layihə   Azərbaycanın bölgələrini qarış-qarış gəzərək orada olan Heydər Əliyev Mərkəzləri, Gənclər Mərkəzləri və tarixi abidələrlə tanış olmağa yaxından köməklik göstərəcəkdir.Tur aksiyasında iştirak edən məktəblilərdən Qasımova Gülşən və Rəcəbov Tacir bu aksiya ilə bağlı fikirlərini söylədilər və Prezident cənab İlham Əliyevə məktəblilərə göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdilər.
  Məktəblilər Lənkəranda Heydər Əliyev Mərkəzi qarşısında qarşılanacaq. Sonra  aksiyanın 1-2-ci günləri məktəblilər Lənkəran şəhəri ilə tanış olacaqlar. Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanına, Gənclər Mərkəzinə ekskursiya edəcəklərilər. Lənkəran şəhərində “Qoşa Qala” qapılarına, Həzi Aslanovun ev muzeyinə, Dairəvi qalaya, Mayak binasına baxış keçiriləcək. 3-cü gün Masallı şəhərinə çatma və şəhərlə tanış olma olacaq. Heydər Əliyev Mərkəzinə, Tarix-diyarşünaslıq muzeyinə,  Heydər Əliyev parkına, Uşaq İncəsənət məktəbinə, Bayraq Meydanı və Dövlət Rəmzləri  muzeyinə, Olimpiya İdman Kompleksinə, ASAN həyat kompleksinə, Viləşçay su anbarına səyahət edəcəklər.Daha sonra  Astara şəhərinə çatma və şəhərlə tanış olma, Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə baxış, Bulvara, “Yanar Bulağa”ekskursiya, Astara çay fabriki ilə tanışlıq  olacaq.
  Müşayiətçi-müəllim Cahid Nəzərov deyib: “Tur-aksiya çərçivəsində şagirdlər nəinki olacaqları rayonlar barədə ətraflı məlumatlandırılacaq, habelə onların gözəl istirahəti üçün də hər cür şərait nəzərdə tutulub.    Hər şeydən əvvəl uşaqlara qayğıdan, onların vətənpərvər ruhda tərbiyəsinə göstərilən diqqətdən irəli gələn bu təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarıq”.

 

Keçidlər