Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Nabur kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.

18 aprel 2018 | 16:00

Qobustan rayon Nabur kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Nabur kənd İƏD üzrə nümayəndə Vidadi Müseyibov hesabat verərək ötən il ərzində kənddə görülən işlər barədə danişdı. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki ,əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
  Nabur kəndinin 1500 ha əkinə yararlı sahələri vardır.  Bu il 1481 ha əkin işi aparılmiş 980 ha buğda, 501 ha arpadır, 20 ha yazlıq əkin vardır. Nabur İƏD üzrə nümayəndə Vidadi Müseyibov qeyd etmişdir ki, hal-hazırda  Nabur kəndi 722 təsərrüfat olmaqla 3887 nəfər əhali təşkil edir.  Nabur kəndində 1 tam orta məktəb, həkim ambulatoriyası və Poçt Şöbəsi, kənd klubu fəaliyyət göstərir. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
   Sonra kənd əhalisindən Rizvan Mamedov, Faiq Abduləliyev,Zeynal Nurəhmədov çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdilər. Kəndin məktəbinin yenidən qurulmasını xahiş etdilər.
      Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov çıxış edərək bildirdi ki,  kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinlərin aqrotexniki qaydalara əməl etdiyini və ziyanvericilərə qarşı aparılan mübarizənin  qənaətbəxş hesab edilsədə mübarizənin davam edilməli olduğunu vurğuladı. RİH başcısı cənab A. Məmmədov bildirdi ki, fevral ayının 17-dən sonrakı hər həftənin şənbə və bazar günləri rayon ərazisində  yarmarkalar fəaliyyət göstərir. Hər bir kənd sakininin bu işdə fəal iştirak etməllərini tövsiyə etdi. Sonda RİH başçısı cənab A. Məmmədov sakinlərin təkliflərini nəzərə alaraq o sahələrə məsul olan şəxslərə öz tapşırıqlarını verdi. Kənd sakinlərinin əsas əziyyət çəkdikləri məktəb və su  probleminin də yaxın vaxtlarda öz həllini tapacağını bildirdi  Kənd sakinlərinə gördükləri işlərdə uğurlar arzuladı.

Keçidlər