Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda “Narkotiklər haqqında həqiqətləri öyrənək" mövzusunda tədbir keçirildi.

24 aprel 2018 | 16:00

Tədbiri Qobustan şəhər 1 saylı məktəbin direktoru İmran Sabirov açıq elan etdi. Sonra Qobustan rayon icra hakimiyyətinin Başçısının müavini -İctimai-siyasi və humanitar  məsələlər  şöbəsinin müdiri Təranə Güləliyeva, Qobustan rayon Gənclər və İdman İdarəsinin müdiri Qadir Əkbərov, Azərbaycan Respublikası Narkamanlığa və Narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı mübarizə Dövlət komisiyasının işçi qurupunun üzüvləri Raqif Allahverdiyev və Şahin İsmayılov çıxış etdilər. 

      XX əsrin bəlalarından sayılan narkomaniya XXI əsrin də ən ağır problemləri sırasında qalmaqdadır. Dünyanın bütün dövlətlərində mövcud olan narkomaniya, əfsuslar olsun ki, Azərbaycandan da yan keçməmişdir. Narkomanlığın yayılması, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə məsələləri ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən müvafiq sənədlər qəbul edilmiş, dövlətimiz beynəlxalq miqyasda qəbul olunmuş konvensiya, sazişlərə qoşulmuşdur.
  Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir.   Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının, hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir.
     Qobustan Rayon İcra Hakimiyyəti Proqramdan irəli gələn vəzifələrlə əlaqədar tədbirlər planını təsdiqləyərək icrasını davam etdirmişdir. Qobustan rayonu narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə ən az təsadüf edilən rayonlardan biridir. Bunun əsas səbəbi rayonun heç bir xarici dövlətlə sərhəddinin olmaması, iqlim şəraitinin narkotik tərkibli bitkilərin yetişməsi üçün əlverişsiz olması və əhalinin narkomanlığa meyilli olmamasıdır. Bütün bunlara baxmayaraq , az da olsa narkotik vasitələrdən istifadə edənlər və narkotik vasitələrin satışı ilə məşğul olanlara da rast gəlinir. Odur ki, Rayon Komissiyası Rayon Polis Şöbəsi ilə birlikdə reydlər keçirir, müvafiq cəza tədbirləri görür .


     Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Qobustan Rayon Komissiyası Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı (2013-2018-ci illər)”nın təsdiq edilməsi barədə Sərəncamını əldə rəhbər tutaraq illik fəaliyyət planı hazırlanmış, aidiyyəti dövlət orqanları, ictimaiyyət, QHT və KİV-lə birlikdə bu fəaliyyət planının yerinə yetirilməsi istiqamətində bir sıra işlər görmüşdür. Rayon komissiyası müvafiq strukturlarla birlikdə bu işi daim nəzarətdə saxlamışdır.
  Bu vacib vəzifələrin yerinə yetirilməsini daim nəzarətdə saxlayan rayon komissiyası rayonun ümumtəhsil müəssisələrində, mədəniyyət evlərində yeniyetmə və gənclər arasında hüquq pozuntusu və narkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsi, onların sağlam həyat tərzi ruhunda tərbiyə olunmaları məqsədilə aidiyyəti təşkilatlarla birgə narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının insan orqanizminə zərəri, narkomanlığın profilaktikası mövzusunda bir sıra tədbirlər həyata keçirmişdir.
  Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunması məqsədilə rayonun idarə, müəssisə və təşkilatlarında bir çox mövzularda konfranslar, “dəyirmi masa”lar, seminarlar  keçirilmişdir.
     Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasının  qarşısını almaq məqsəd ilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün rayonda etimad telefonu yaradılmışdır  (5-25-03) .   Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Qobustan Rayon Komissiyası qabaqlayıcı tədbirlər görərək rayonun hüquq mühafizə orqanları , təhsil ,  səhiyyə müəssisələri Rayon Gənclər və İdman İdarəsi ilə birlikdə vaxtaşırı müşavirələr keçirmiş , mübarizə tədbirlərinin səmərəliliyini artırmaq üçün əlaqəli işin təşkil olunmasına çalışmışdır. Rayon Komissiyası hər rüb komissiya üzvlərinin iştirakı ilə iclaslar , müşavirələr keçirir , mövcud problemlərin həlli istiqamətində səmərəli təkliflər işləyib hazırlayır və nəzərdə tutulan işlərin icrasını təşkil etməklə daim bu kimi məsələləri nəzarətdə saxlayır.
      Narkotik vasitələrin qəbul edilməsinin insan üçün , bəşəriyyət üçün , sağlam gələcək üçün yaratdığı fəsadlar barədə rayon qəzetində həkimlər tərəfindən mütəmadi olaraq məqalələr , maarifləndirici mövzular dərc etdirilir.
      Bundan sonra da  Rayon Komissiyası öz işini narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində quracaqdır.
   
Diqqətinizə görə çox sağolun!

Keçidlər