Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Xalq Artisti, Əməkdar İncəsənət Xadimi Hacı Dadaş oğlu Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi.

21 aprel 2018 | 16:00

    21.04.2018-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbində Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan Respublikasının Xalq Artisti, Əməkdar İncəsənət Xadimi Hacı Dadaş oğlu Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsi müdirinin müavini Aftandil Şikarov və həmin şöbənin məsləhətçisi Səfər İbrahim, rayon ziyalıları, müəllimlər və şagirdlər iştirak etdilər.

    A.Şikarov çıxış edərək Möhtərəm Prezdentimizin, H.Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə, musiqisinə qayğısından ətraflı danışdı.Məktəbin nəzəriyyə müəllimi Şahanə Məmmədova  görkəmli bəstəkar Hacı Xanməmmədovun həyat və yaradıcılığı haqqında geniş məlumat verdikdən sonra, görkəmli bəstəkarın həyat və yaradıcılığından bəhs edən video-slayda baxıldı. Tədbir Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin şagirdlərin hazırladıqları  geniş konsert proqramı ilə davam etdirildi.

Keçidlər