Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Xilmilli kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.

03 may 2018 | 16:00

Qobustan rayon Xilmilli kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Xilmilli kənd İƏD üzrə nümayəndə Bayramov Adil Şıxbala oğlu hesabat verərək ötən il ərzində kənddə görülən işlər barədə danişdı. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki ,əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
   Sonra kənd əhalisindən Orucov Əlçi Mirşah oğlu, Mansurov Xudaman Bərxud oğlu, Mirzəyev Arif Əlimirzə oğlu çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdilər. Kəndin daxilində yerləşən elektrik, rabitə dirəklərinin yenisi ilə əvəz olunmasını və kəndə su xəttinin çəkilməsini xahiş etdilər.
      Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov çıxış edərək bildirdi ki,  kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinlərin aqrotexniki qaydalara əməl etdiyini və ziyanvericilərə qarşı aparılan mübarizənin  qənaətbəxş hesab edilsə də mübarizənin davam edilməli olduğunu vurğuladı. Qeyd etdi ki, çətinliklər də yaxın vaxtlarda öz həllini tapacaq.

 

Keçidlər