Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir

18 may 2018 | 16:00

“Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir
      17 may 2018-ci il tarixdə Qobustan rayonu Əbülfət İbrahimov adına Nabur kənd tam orta məktəbində Qobustan rayonu İcra hakimiyyətinin təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
      Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, məktəbin direktoru Zeynal Nurəhmədov, Nabur kənd məscidi dini icmasının sədri Babaxan Xocaməmmədov, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və yuxarı sinif şagirdləri iştirak etmişlər.
      Tədbiri giriş sözü ilə açan RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı A.Şikarov ölkəmizdə və rayonumuzda mövcud olan dini sabitlik və inkişafdan, dini radikalizm və onun fəsadlarından danışdı.
   Çıxış edənlər Z.Nurəhmədov, B.Xocaməmmədov, N.Babayev, G.Qəhrəmanov gəncləri dini radikalizmə qarşı mübariz olmağa çağırdılar.
   Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Keçidlər