Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Qaracüzlü kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.

23 may 2018 | 16:00

      Qobustan rayon Qaracüzlü kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Qurbançı kənd İƏD üzrə nümayəndə Musayev Əlikiram hesabat verərək ötən il ərzində kənddə görülən işlər barədə danişdı. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki ,əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
      Sonra kənd əhalisindən Paşayev Ramiz Əvəz oğlu çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdilər. Kəndə qaz xəttinin çəkilməsini xahiş etdi.
      Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinlərin aqrotexniki qaydalara əməl etdiyini və ziyanvericilərə qarşı aparılan mübarizənin  qənaətbəxş hesab edildiyini qeyd etdi. Sonra qeyd etdi ki, biçin vaxtı yaxınlaşır, ona görə də daha da diqqətli olub taxıl sahələrimizi qorumalıyıq. Vətəndaşlara bildirlidi ki, kənd sakinlərinin qaz probleminin də yaxın zamanlarda həll olunması üçün aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılmışdır.

 

Keçidlər