Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda 28 may-Respublika Günü münasibətilə təntənəli mərasim keçrildi.

25 may 2018 | 16:00

    Tədbir Qobustan rayon Heydər Əliyev parkında Ulu Öndərin abidəsinin önünə gül qoyma mərasimi ilə başladı. Tədbirdə Qobustan RİH -nin  başçısı cənab Adil Məmmədov da iştirak etdi. Sonra tədbir konser proqramı ilə davam etdi.
    2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın –Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.
    XİX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdir. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad demoktarik dövlət sistemi yaratmağa hazır idilər.
     1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən istiqlal bəyannaməsi qəbul edildi. Məhz dünyanın  məlumunuz olduğu yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi. ölkənin sərhədləri müəyyənləşdirildi, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
    1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Xalq Cümhuriyyətinin siyasi və mədəni varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.   Müsəlman aləmində ilk demokratik respublikanın yaradılması çox mühüm bir tarixi hadisə idi. Bundan sonra  digər müsəlman ölkələrində respublika quruluşu yaradılsa da, ilk təcrübə məhz Azərbaycan xalqının istedadı, zəhməti, uzaqgörənliyi hesabına mümkün olmuşdur. Çox təəssüflər olsun ki, Azərbaycan cəmi iki il müstəqil ölkə kimi yaşaya bilmişdir.  Buna baxmayaraq bu illər ərzində böyük işlər görülmüşdür. O illərdə demokratik təsisatlar qurulmuş, ordu quruculuğu sahəsində böyük işlər görülmüş, qadınlara səsvermə hüququ verilmiş, Azərbaycanın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır.
     Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Azərbaycanın milli bayramı –  Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbuldakı çıxışında qeyd etdiyi kimi “Əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, bu gün Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olacaqdı.
    Əfsuslar olsun ki, 1920-ci ildə respublika süqut etdi,  Azərbaycanın uğurlu inkişafına son qoyuldu.
Bu yerdə Ulu öndərimiz Heydər Əliyevin söylədiyi müdrik bir kəlam  yada düşür. “Müstəqilliyi qazanmaq  nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir”.  
    Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırılmasının vacibliyini istər çıxış və nitqlərində, istərsə də verdiyi müvafiq sərəncamlarında dəfələrlə xüsusi olaraq vurğulayıb. Prezidentimizin Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileyləri haqqında verdiyi məlum sərəncamları ilə bərabər, AXC-nin tariximizdə tutduğu yerə və liderlərinə verdiyi böyük qiymətin bariz nümunələrindən biri də Bakıda "İstiqlal Bəyannaməsi" abidəsinin ucaldılması, Azərbaycanın üçrəngli bayrağının şərəfinə Bayraq meydanının inşası və bu meydanda dalğalanan bayrağımızın dünyanın ən uca bayrağı olmasıdır!
    Bu gün möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz xoşbəxt günlərini yaşayan xalqımızın mətin, cəsarətli, yenilməz, işğal altında olan torpaqlarımızı hər an azad etməyə, Ali Baş Komandanın əmrini şərəflə yerinə yetirməyə hazır olan ordusu vardır.

Keçidlər