Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini radikalizmlə mübarizədə ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

05 iyun 2018 | 16:00

“Dini radikalizmlə mübarizədə ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir
      05 iyun 2018-ci il tarixdə Qobustan rayonu Nabur kənddində Qobustan rayonu İcra hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
      Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı C.Əhmədov, Nabur kənd İƏD üzrə nümayəndə V.Müseyibov,Ə.İbrahimov adına tam orta məktəbin direktoru Zeynal Nurəhmədov, Nabur kənd məscidi dini icmasının sədri Babaxan Xocaməmmədov, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, gənclər və kənd ictimayyətinin nümayəndələri iştirak etmişlər.
      Tədbiri giriş sözü ilə açan RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı A.Şikarov ölkəmizdə və rayonumuzda mövcud olan dini durum, dini radikalizim və onun fəsadları barədə ətraflı məlumatr verdi.

    Tədbir DQİDK -nın sifarişi ilə çəkilmiş filimin nümayişi ilə davam etdirildi. Filimin nümayişindən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbirdə çıxış edənlər kənd ictimayyətini dini radikalizimə qarşı əlbir mübariz olmağa çağırdılar.
   Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Keçidlər