Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Sündü kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.

06 iyun 2018 | 16:00

Qobustan rayon Sündü kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Sündü kənd İƏD üzrə nümayəndə Fədai Balaqardaşov hesabat verərək  il ərzində kənddə görülən işlər barədə danişdı. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki , əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və arıçılıqdır.
      Sonra kənd əhalisindən Niftalıyev Heybət Ağaşiraz oğlu, Alcanov İdris Xancan oğlu və Qaçayeva Hicranə Maxsud qızı çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdilər. Kənd əhalisinin rahatlığı üçün həyətlərə su çəkilməsini, yeni məktəb binasının tikilməsini və kənddə yerləşən bağçada 2-ci qrupun açılmasını xahiş etdilər.
      Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinlərin aqrotexniki qaydalara əməl etdiyini və ziyanvericilərə qarşı aparılan mübarizənin  qənaətbəxş hesab edildiyini qeyd etdi. Sonra qeyd etdi ki, biçin vaxtı yaxınlaşır, ona görə də daha da diqqətli olub taxıl sahələrimizi qorumalıyıq. Rayonmuzda hər həftənin şənbə-bazar günləri yarmarka keçrilir. Sündü kənd əhalisini də daha aktiv iştirak etməyə çağırdı. 

  Vətəndaşlara bildirlidi ki, kənd sakinlərinin qeyd etdikləri problemlərin də yaxın zamanlarda həll olunması üçün aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılmışdır.

Keçidlər