Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Bölgə Təcrübə Stansiyasında “Səmərəli mineral gübrə normalarının payızlıq buğdanın məhsuldarlığına və keyfiyyətinin artırılmasına təsiri” mövzusunda təlim seminarı keçirildi.

08 iyun 2018 | 16:00

Qobustan rayonunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm İnformasiya Məsləhət Mərkəzi və Qobustan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitunun Qobustan Bölgə Təcrübə Stansiyasında “Səmərəli mineral gübrə normalarının payızlıq buğdanın məhsuldarlığına və keyfiyyətinin artırılmasına təsiri” mövzusunda təlim seminarı keçirildi.
     Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədov, Əkinçilik ET İnstitunun direktoru Cavanşir Təlai, Əkinçilik ET İnstitunun torpaq və bitki analizləri laboratoriyasının müdiri İmrəli Hacıməmmədov, Əkinçilik ET İnstitunun Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsininn elmi işçisi Sevindik Dünyamalıyev, Əkinçilik ET İnstitunun Dənin keyfiyyəti laboratoriyasının müdiri Qətibə Həsənova, Əkinçilik ET İnstitunun Xəstəlik və Zərərvericilərə nəzarət laboratoriyasının elmi işçisi Etibar İbrahimov və Qobustan Bölgə Təcrübə Stansiyasın müdiri Atabəy Cahangirov çıxış edərək “Payızlıq buğda əkinlərində yeni KAC-32 gübrəsinin tətbiqinin məhsuldarlığa və keyfiyyətə təsiri, “Nəmlikdən aslı olaraq qida maddələrinin mənimsənilməsi və düzgün gübrə normalarının müəyyən edilməsi”, “Optimal gübrə normalarının payızlıq buğda bitkisinin məhsuldarlığına və onun çörək keyfiyyətinə təsiri” və “Buğda bitkisinin əsas xəstəliklərə və zərərvericilərə qarşı mübarızə tədbirlərinin aparılması haqqında fermerlərə məlumat verdilər.
      Sonda təcrübə sahələrinə baxış keçirildi.

Keçidlər