Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon İlanlı kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.

10 oktyabr 2018 | 16:00

       Qobustan rayon İlanlı kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. İlanlı kəndi Şıxzahırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ərazisində yerləşir. Görüşdə ilk öncə İlanlı kənd üzrə nümayəndə Xəlilov Qalib hesabat verərək  il ərzində kənddə görülən işlər barədə danişdı. İlanlı kənd ərazisində 10 təsərrüfatda 75 nəfər vətəndaş yaşayır, ümumi ərazisi 40 hektardır. Kəndin əkinə yararlı sahəsi 37 hektardır. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki, əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
      Sonra kənd əhalisindən Mövlamov Kəlbalı Bəşir oğlu, Qaçayev Əzizağa Ağagül oğlu, Babaverdiyev Xancan Məhəmməd oğlu və başqa vətəndaşlar çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdilər. Kənd əhalisinin rahatlığı üçün  kəndin  su probleminin həllini və tibb məntəqəsinin tikilməsini xahiş etdilər.
      Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov İlanlı kəndinin problemləri ilə yaxından tanış olduğunu bildirdi. Kəndin problemləri ilə yaxından tanış olduğunu və aidiyyatı üzrə işlər görüldüyünü bildirdi.   Kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinlərin aqrotexniki qaydalara əməl olunaraq əkilməsinin və ziyanvericilərə qarşı aparılan mübarizənin  vacib olduğunu qeyd etdi. Sonra qeyd etdi ki, rayonumuza göstərilən bu qayğıya görə cənab prezidentimiz İlham Əliyevə öz təşəkkürümüzü bildiririk.

  Vətəndaşlara bildirlidi ki, göstərilən məsələlər də tez bir zamanda öz həllini tapacaq.

Keçidlər