Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda 2018-cı ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

18 oktyabr 2018 | 16:00

    Qobustan rayonunda 2018-cı ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
  17.10.2018-cı il tarixdə  Qobustan rayonunda 2018-cı ilin  doqquz ayında  sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun məruzəsi dinlənilib, müzakirələr aparıldı. Məruzə və müzakirələrdə doqquz ayın uğurlu nəticələrlə yekunlaşdığı bildirilidi. İclasda vurğulanmışdır ki, bu ilin doqquz ayında ümumi daxili məhsul 0,8 faiz, qeyri-neft sektorumuz 2 faiz artmışdır.  Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir.
    Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Bu da kifayət qədər yaxşı göstəricidir. İnflyasiya cəmi 2,6 faizdir, əhalinin gəlirləri isə 9,5 faizdir. İnflyasiyanın aşağı səviyyədə olması, il ərzində daha da düşməsi göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir.
    Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulmuşdur. Sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu, iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcəkdir.
    Cənab Prezident bildirmişdir ki, bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır. Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər.
     Rayonda iqtisadiyyatın əsasını aqrar sahə təşkil edir. Hələ ötən ilin payızından taxılçılığa diqqətin daha da artırılması, ziyanvericilərə qarşı mübarizə və yemləmə gübrələrindən düzgün istifadə, əkin sahələrinin yabanı otlar üçün saxlanmasının qarşısının alınması istiqamətində görülmüş işlər bu il öz müsbət bəhrəsini vermiş, bu il rayonda  70 min 236 ton taxıl istehsal edilmişdir ki, bu da rayon tarixində ən yüksək göstərici olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 17,0 min ton və ya 31,8 faiz çoxdur. İstehsal olunmuş taxılın 48236  tonu buğda (ötən ildəkindən 14,3 min ton çox) 22,0 min tonu arpa (ötən ildəkindən 2,6 min ton çox) təşkil edir. Buğda sahəsi üzrə məhsuldarlıq  23,1 sentner (ötən illə müqayisədə 1,6 sentner çox), arpa üzrə  isə 22,5 sentner (ötən ildəkindən 1,7 sentner çox) olmuşdur. Onu da qeyd edək ki, bu il əkin sahəsinin çox olmasına baxmayaraq (30936 ha əkin sahəsi olmuşdur ki, bu da ötən ildəkindən 5835 ha çoxdur) biçin işləri mütəşəkkil təşkil edilmiş və vaxtında başa çatdırılmışdır.2018-ci ildə rayonumuzda təhsil sahəsində də bir sıra uğurlar əldə edilmişdir. Belə ki, bu il 110 nəfər şagird tələbə adını qazanmışdır. Bu da ötən illə müqayisədə      28 nəfər çoxdur. Sevindirici haldır ki, bu il 6 nəfər şagird 600-dən yüksək bal toplamışdır.Şikar Şikarov adına Sündü kənd tam orta məktəbinin məzunu Aydın Ağaverdiyev 683 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuşdur. Bu il 3 nəfər  Azərbaycan Dövlət Aqrar Universitetinə, 2 nəfər Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunmuşdur. 2018-ci ilin 9 ayında rayonumuzun gənclər və idman siyasəti sahəsində də fəallıq hiss olunmuşdur. Gənclər siyasəti üzrə 34, idman sahəsi üzrə 15 tədbir həyata keçirilmiş, 4588 yeniyetmə gənc bu tədbirlərdə iştirak etmişdir. Bundan əlavə rayon idmançıları 5 beynəlxalq, 19 Respublika, 21 zona yarışında iştirak etmişdir.Bu yarışlarda  rayon idmançıları 64 qızıl, 42 gümüş və 74 bürünc olmaqla 180 dəst medal qazanmışdır.

Keçidlər