Şriftin ölçüsü :

Saytın rəngi :

“Məhsul bayramı”

22 oktyabr 2018 | 16:00

21 oktyabr 2018-ci il tarixdə Qobustan RİH-nin və Xilmilli Molokan Ruhani Xristian dini icmasının birgə təşkilatçılığı ilə Xilmilli kəndində “Məhsul bayramı” tədbiri keçirildi. Tədbirdə Qobustan RİH Başçısının İctimai-Siyasi və Humanitar məsələlər şöbəsi müdirinin  müavini – dni qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qobustan rayon Heydər məscidinin axundu Ç.Babaşov, Xilmilli İƏD üzrə nümayəndə müavini M.Cəlilov, Xilmilli kənd məscidi dini icmaisının üzvləri, Bakı, Sumqayıt şəhərlərinin, İsmayıllı və Şamaxı rayonlarının Ruhani Xristian dini icma üzvləri və Xilmilli kənd molokan ruhani xristian dini icmasının üzvləri iştirak edirdilər.
  Tədbiri giriş sözü ilə açan  RİH Başçısının İctimai-Siyasi və Humanitar məsələlər şöbəsi müdirinin  müavini –dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov tədbir iştirakçılarını Qobustan RİH başcısı cənab Adil Məmmədovun adından və ictimaiyyət nümayəndələri adından təbrik etdi və xoş arzularını çatdırdı. Daha sonra A.Şikarov bu bayramın mahiyyətindən, tarixindən, ölkəmizdəki tolerant, multikultural mühitdən, Möhtərəm Prezidentimizin bu sahəyə diqqət və qayğısından ətraflı danışdı. Çıxış edənlər azərbaycan və rus xalqlarının tarixi dostluğundan danışdılar və ölkəmizdəki sabitlik və inkişafa görə Möhtərm Prezidentimizə öz dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər