Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda “Ölkəmizi tanıyaq” devizi altında təşkil edilən tur-aksiyasında iştirak edən şagirdlərin yüksək səviyyədə yola salınma mərasimi təşkil edildi.

18 noyabr 2018 | 16:00

     Qobustan rayonunda “Ölkəmizi tanıyaq” devizi altında təşkil edilən tur-aksiyasında iştirak edən şagirdlər üçün yüksək səviyyədə yola salınma mərasimi təşkil edildi.

       Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının tövsiyəsi və Prezident Administrasiyasının təşkilatçılığı ilə artıq ənənəvi olaraq beşinci ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur.
       Bu layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə Respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Ölkəmizdə ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə 9 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrini əhatə edən bu tur-aksiyalarda, ümumilikdə, 20 min 254 nəfər iştirak etmişdir.
    Noyabr ayının 14-17 və 18-21 tarixlərini əhatə edəcək növbəti 10-cu tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edəcəkdir. Bu tur aksiya çərçivəsində rayonumuzun məktəbliləri 18-21 noyabr tarixlərində Quba-Qusar-Xaçmaz istiqaməti üzrə səfər edəcəklər. Quba-Qusar-Xaçmaz bölgəsində də son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları bütün bunlar barədə məlumat alacaq, eyni zamanda, Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaqlar. Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər. Yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, Quba xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə və digər yerlərə  ekskursiyalar məktəblilərin yaddaşında silinməz izlər qoyacaqdır.

      18 noyabr 2018 -ci il tarixdə Quba-Qusar-Xaçmaz istiqaməti üzrə səfər edəcək şagirdlərin yolasalınma tədbiri ümummilli lider Heydər Əliyev adına parkda təşkil olundu. Tədbirdə rayon ictimayyət nümayəndələri, valideyinlər və şagirdlər iştirak etdilər. İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidısinin önünə gül dəstələri düzdülər.

       RİH-nin səlahiyyətli nümayəndəsi Bəhrəmov Elvin Bəhrəm oğlu tədbir haqqında çıxış edərək müsahibə verdi. Məktəblilərdəndə Ağayeva Aynurə Teymur qızı  və Cəfərli Cəfər Hafiz oğlu tur aksiyası haqqında öz təəssuratlarını bildirdilər.

      Şagirdlərə getdikləri bölgələrdə  rayonumuzu yüksək səviyyədə təmsil etməyi, nümunə  olmağı tövsiyyə etdilər. Tədbirin sonunda musiqi sədaları altında şagirdlər yola salındı.

Keçidlər