Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda qışlamaya hazırlıqla bağlı tədbir keçirildi.

07 dekabr 2018 | 16:00

     Qış zamanı rayonumuzda yollarların buz bağlaması və ya qarla tutulması bir sıra hallarda çox ciddi problemlər yaradır. Qobustan Yol istismar sahəsi əvvəlki illərdə bu problemləri uğurla aradan qaldırmışdır. Bu ilin qış mövsümündə də rayonumuzn daxilindən keçən Respublika əhəmiyyətli yolda buz bağlaması ehtimal edilən yerlərdə hazırlıq işləri görülmüşdür. Qobustan-Xilmilli, Bədəlli-Yekəxana-Poladlı, Təklə Sündü Xilmilli yollarında da müvafiq hazırlıq işləri aparılmışdır, eyni zamanda digər kənd yollarının təmizlənməsi üçün texnikaların hazırlanması başa çatdırılmış, zəruri ehtyatlar yaradılmışdır.

    Son illərdə rayonunumuzda əhalinin təbii qazla təminatında ciddi işlər görülmüşdür. Artıq yaşayış mövcud olan 29 yaşayış məntəqəsindən 21-ə təbii qaz verilir. Yaxın günlərdə isə Şıxzahırlı və İlanlı kəndlərinə təbii qazın verilməsinə başlanılacaqdır. Bununla da rayon əhalisinin 97 faizi təbii qazdan istifadə edir.

Keçidlər