Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Şıxzahırlı kəndində mavi qazın verlişi ilə əlaqədar açılış tədbiri keçirildi

11 dekabr 2018 | 16:00

    Qobustan rayon Şıxzahırlı kəndində Qobustan rayon İcra Hakimiyyətinin və Ağsu Regional Qaz İstismar İdarəsinin təşkilatçılığı ilə 143 abonentə mavi qazın verlişi ilə əlaqədar açılış tədbiri keçirildi. Tədbirdə Qobustan rayon icra hakimiyyətinin başçısı cənab Adil Məmmədov, Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədov iştirak etdilər.
    Kənd ağsaqqalları və ictimaiyyət nümayəndələri çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevə hər bir kəndin sosial problemlərinin aradan qaldırılması istiqamətində aparılan işlərə, ucqar kəndlərdə belə yaşayan vətəndaşlarımıza göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. 
    Sonra Qobustan RİH-nin başçısı cənab Adil Məmmədov çıxış edərək bütün kənd sakinlərini bu gün münasibəti ilə təbrik etdi, bu mavi qazı şad günlərində istifadə etmələrini arzuladı və qeyd etdi ki, təhlukəsizlik qaydalarına düzgün riayət etsinlər. Bu barədə hər bir kənd sakini maarifləndirilməlidir.
    Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədov kənd sakinlərinə qazlaşdırılma ilə bağlı məlumat verərək qeyd etdi ki,
Podratçı: “Azqaz inşaat servis QSC”
Polad boru: müxtəlif diametrli, (D-57mm; D-76mm; D-108mm) ---  11 219 p/m,
D-57mm --- 7 119 p/m,, D-76mm --- 3 032 p/m,, D-108mm --- 1 068 p/m
Polietilen boru: PE-110x6,6mm --- 8 779 p/m
Siyirtmə:
             D-50mm --- 12 ədəd
             D-80mm ---  3  ədəd
             ŞQTM300 m3/saat --- 1 ədəd
             Abonent sayı 143.
     Qazlaşma üçün birpilləli sistem əsasında, ümumi uzunluğu 11 219 p/m polad boru çəkilmişdir. Hər bir fərdi evə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
      Polietilen   PE-110mm 8 779  p/m çəkilmişdir.

      Sonda kənd sakinlərini təbrik etdi.

Keçidlər