Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunun istedadlı gəncləri.

24 dekabr 2018 | 16:00

24.12.2018-ci il tarixdə İsmayıllı şəhərində  İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi “İstedad sorağında 2018”adlı müsabiqənin yekun konserti keçirilmişdir. Təşkil olunan müsabiqənin əsas məqsədi Azərbaycan mədəniyyətinin təbliği və yetişməkdə olan gənc nəslin yaradıcılıq potensialının inkişafı məqsədi olmuşdur. Müsabiqə Ağsu, İsmayıllı, Şamaxı, Qəbələ və Qobustan rayonlarından olan istedadlı gənclər arasında keçirilmişdir. Bu müsabiqədə Qobustan rayonundan olan iştirakçılar, yuxarı yaş qrupunda Binyətov Baxış I yerə, Cəbrayılov Nicat II yerə, Ağayeva Rəqsanə III yerə, aşağı yaş qrupunda isə Güləliyev Səyyaf  I yerə, Məlikova Fədayyə III yerə layiq görülüblər. Digər iştirakçılar Əzizov Əvəzxan, Rəfiyev Amin, İmanov Kənan, Zərbəliyev Adəm, İbrahimov Taleh isə fəxri-fərmanlarla təltif olunmuşlar. Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin direktoru Zaur Cəfərov isə 2018-ci ildə səmərəli fəaliyyətinə görə fəxri-fərmanla təltif olunmuşdur.

Keçidlər